Tacikistan “AzerGold”u zəngin yataqlar ilə əyani tanışlığa dəvət edir
20 sentyabr tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Tacikistan Respublikasının ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.
“AzerGold” QSC-nin inzibati binasında baş tutan görüşdə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, QSC-nin İdarə Heyəti sədrinin müavinləri Oqtay Məmmədov və Xəyyam Fərzəliyev, həmçinin Geoloji kəşfiyyat, Strateji planlaşdırma və biznesin inkişafı şöbələrinin rəhbərləri, Tacikistanın Soqdiya vilayətinin sədri Racabboy Axmadzoda, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli, Xucand şəhərinin sədri Maqruf Muxammadzoda, Guliston şəhərinin sədri Firdаvs Şərifzoda, “Aprelevka” birgə müəssisənin baş direktoru Baxtiyor Macidov və nümayəndə heyətinin digər üzvləri iştirak edib.
İlk öncə qonaqları salamlayan Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısaca məlumat verib.
“Racabboy Axmadzoda Azərbaycanda dağ-mədən və hasilat sahəsindəki inkişafı qeyd edərək “AzerGold” QSC-nin fəaliyyətini yüksək qiymətləndirib. Dünyanın ən iri gümüş yatağı hesab edilən Böyük Konimansur yatağı və Soqdiya vilayətində yerləşən digər zəngin yataqlar haqda söhbət açan Axmadzoda “AzerGold” QSC-nin nümayəndə heyətini Soqdiya vilayətinə səfər etməyə və bu yataqlarla əyani tanış olmağa dəvət edib”,- “AzerGold”un yaydığı məlumatda deyilir.
Görüşün davamında dağ-mədən sahəsində tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)








