1 milyon manata “Əmlak kompleksi” təklif ediləcək - yeni hərrac
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi çıxarılıb.
18 aprel tarixində hərraca çıxarılan əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1554
43 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, habelə Şəmkir, Lənkəran, Zaqatala, Tərtər, Balakən və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən “3 saylı avtomobillərə qaz doldurma stansiyası”, Lənkəranda yerləşən “2 saylı yanacaq doldurma məntəqəsi”, Şəmkir rayonunda yerləşən “Çinar soyuducular zavodunun Şəmkir filialı” kimi iri müəssisələr var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Balakəndə yerləşən “Əmlak kompleksi”-nə aiddir. 1 milyon 017 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 11266,4 kv.m., torpaq sahəsi isə 37602 kv.m.-dir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 26-sı paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Nəsimi rayonunda yerləşir. Belə ki, bu əmlak 110 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Bu dəfəki hərracda 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Tikinti Quraşdırma”, “Beyləqan Sənaye Kombinatı”, “Yevlax Tikinti”, “Salyan Aqrotexservis”, “Salyan Broyler”, “İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var. Özəlləşdirmə portalına daxil olmaqla ( privatization.az) səhmdar cəmiyyətlərin nizamnamə kapitalının həcmi, buraxılmış səhmlərin ümumi sayı, satışa çıxarılan səhmlərin nominal dəyəri barədə geniş informasiya əldə etmək olar.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
10 saat əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
-
15 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb





















