Qeyri-yaşayış təyinatlı torpaqlarda tikilmiş evə "kupça" verilməsi mümkünsüzdür
“Fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün yaşayış məntəqələri təyinatlı torpaqlarda tikilməsi əsasdır. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkünsüzdür”.
Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, qeydiyyat üçün tələb olunan sənədlərə gəldikdə isə qanunvericiliyə əsasən sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yəni, 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair müvafiq sənədlər tələb olunur. Hündürlüyü 12 metrədək olan yaşayış evləri icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində yerləşirsə bu zaman torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üçün isə digər sənədlər tələb olunur. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün vətəndaşlar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə kimi sənədləri təqdim etməlidir.
Əgər daşınmaz əmlak məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evidirsə bu halda torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanınına məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.
Qeyd edək ki, fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində göstərilə bilər. Çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumu 30 manatdır. Xidmət haqqı isə Tarif Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə müəyyən olunub.
Fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlər Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində o cümlədən, əvvəlcədən elan edilməklə müxtəlif kənd və qəsəbələrdə səyyar kampaniyalar vasitəsilə göstərilir. Fərdi yaşayış evlərini dövlət reyestrində qeydiyyata almaq istəyən şəxslər sənədlərini komitənin müvafiq ofislərinə təqdim edə bilərlər.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 53 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ





















