Bakıda Jaguar və Land Rover avtomobillərinin sınaq yürüşləri keçirildi - VİDEO, FOTO
(®) 21-22 sentyabr 2019-cu il tarixində Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi dileri “Avtolüks Azərbaycan” şirkəti təmsil etdiyi brendlərin model sırasına aid avtomobillərin sınaq yürüşlərini təşkil etdi.
Tədbirin keçirilməsində əsas məqsəd hər iki brend üzrə insanlar arasında məlumatlılıq səviyyəsini artırmaq, potensial müştərilərin avtomobillərlə daha yaxın təmasını təmin etmək idi.
Jaguar avtomobillərinin sınaq yürüşləri The Art Of Performance, Land Rover avtomobillərinin sınaq yürüşləri isə Above & Beyond Tour adı altında keçirilirdi.
Öncədən qeydiyyata yazılmaqla tədbirdə iştirak edən şəxslər Jaguar Land Rover şirkətinin Regional Ofisindən dəvət olunmuş peşəkar pilotların birbaşa iştirakı və tövsiyyələri əsasında Jaguar markasının XE, F-PACE və E-PACE modellərini, Land Rover markasının isə Discovery, Range Rover Velar və Range Rover Sport modellərini müxtəlif parametrlər üzrə sınaqdan keçirdilər.
Tədbir günlərində “Avtolüks Azərbaycan” şirkəti Jaguar və Land Rover avtomobilləri əldə etmək istəyən şəxslər üçün xüsusi şərtlər təklif edirdi. Təkliflər sırasında avtomobillərin qiymətlərinə 15.000 AZN-dək endirim, 1 illik KASKO sığortasının və 1 qış təkər dəstinin hədiyyə olunması yer alırdı.
Jaguar və ya Land Rover sahibi olmaq istəyən şəxslər bu fürsətlərin birini seçməklə 2019-cu il, oktyabrın 30-dək təkliflərdən faydalana bilərlər.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 10 d. əvvəl
-
10 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















