Gürcüstan sərhədində inşa ediləcək yeni gömrük məntəqəsinin adı məlum olub
Azərbaycan-Gürcüstan dövlət sərhədində inşa ediləcək yeni birgə gömrük-sərhəd buraxılış məntəqəsinin adı məlum olub.
Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Postlarına Nəzarət Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri arasında keçirilmiş işçi görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində “İpək Yolu - Abreşumis Gza” yeni birgə gömrük-sərhəd buraxılış məntəqəsinin inşasının layihələndirilməsi, həmçinin birgə gömrük nəzarətinin təşkilinə dair müzakirələr aparılıb:
“Bununla əlaqədar hazırlanmış “Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Saziş” layihəsinin hər iki tərəfdən aidiyyəti dövlətdaxili prosedurları keçərək imzalandıqdan sonra, onun müddəalarına əsasən zəruri mexanizmin həyata keçirilməsi üçün tərəflərin ekspertlərinin iştirakı ilə müvafiq qaydaların hazırlanması barədə razılıq əldə edilib”.
O bildirib ki, aidiyyəti dövlət strukturlarından alınmış rəy və təkliflər nəzərə alınmaqla “Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında dövlət sərhədlərindən buraxılış məntəqələri haqqında Saziş” layihəsinin Dövlət Gömrük Komitəsində ümumiləşdirilmiş son mətni müqabil tərəfə göndərilməsi məqsədilə Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərilib.
Ş.Ələsgərov qeyd edib ki, ilkin olaraq Gürcüstanla sərhəddə yerləşən gömrük postlarının fəaliyyətində belə təcrübədən istifadə edilməsi istiqamətində müqabil tərəflə danışıqlar aparılır və imkanlar nəzərdən keçirilir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
-
50 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib


















