“Naxçıvanbank”ın mənfəəti azalıb
“Naxçıvanbank” ASC 2019-cu ilin 9 ayını 4 milyon 404 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin 9 ayını 4 milyon 431 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Naxçıvanbank” ASC-nin xalis mənfəəti cüzi azalıb (27 min manat). Bankın biznes fəaliyyətinin nəticəsini daha dəqiq əks etdirən əməliyyat mənfəəti isə xərclərin artması ilə əlaqədar olaraq daha çox azalıb.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 8 milyon 339 min manat, cəmi xərcləri 3 milyon 577 min manat təşkil edib. Nəticədə Bankın 4 milyon 762 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətindən 358 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Bank 9 ay ərzində mənfəət vergisi ödəmədiyindən 4 milyon 404 min manat xalis mənfəət əldə edib.
Ötən ilin yanvar-sentyabr dövründə “Naxçıvanbank”ın cəmi gəlirlər 7 milyon 782 min manat, cəmi xərcləri 2 milyon 808 min manat, gəlirlərdən xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 4 milyon 974 min manat təşkil etmişdi. “Naxçıvanbank” əməliyyat mənfəətinin 543 min manatını ehtiyatlara ayırdığından ötən ilin 9 ayını 4 milyon 431 min manat xalis mənfəətlə başa vurmuşdu.
Göründüyü kimi, cəmi gəlirlərin 557 min manat artmasına qarşılıq cəmi xərclər 769 min manat artıb (Xərclər gəlirlərdən 212 min manat daha çox artıb). Nəticədə əməliyyat mənfəəti 212 min manat azalaraq 4 milyon 974 min manatdan 4 milyon 762 min manata geriləyib.
30 Sentyabr 2019-cu il tarixində “Naxçıvanbank” ın müştərilərə verdiyi cəmi kreditlər 84 milyon 695 min manat təşkil edib. Ötən ilin eyni tarixində bu məbləğ 68 milyon 391 min manat idi (16 milyon 304 min manat və ya 23,8% artım)
“Naxçıvanbank”ın cəmi aktivləri 200 milyon manat səviyyəsini aşaraq 209 milyon 361 min manata çatıb. 30 Sentyabr 2019-cu il tarixindı Bank 83 milyon 58 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)





