Astaradan Rusiya bazarlarına göndərilir
Cənub bölgəsinin ən böyük sitrusçuluq rayonu olan Astarada dadlı, ətirli meyvə olan feyxoanın yığımına başlanılıb. Bu il əlverişli hava səbəbindən məhsul boldur. Fermerlər bağlardan yığdıqları feyxoanı yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da göndərirlər.
Bu il sentyabrda yağışların yağması sitrus bağları üçün əlverişli olub. Bir ağacdan 25 kiloqramdan 100 kiloqrama qədər məhsul yığmaq mümkün olacaq. Hər təsərrüfatdan isə orta hesabla 4-6 ton məhsul gözlənilir. Astaranın Kijəbə qəsəbəsinin sakini, fermer Ağadadaş Qənbərov deyir ki, sitrus bağlarının məhsuldarlığı ötənilkindən çoxdur: “Kijəbə kəndində əsas məşğuliyyətimiz sitrus meyvələri yetişdirməkdir. Rayon üzrə ən böyük məhsuldarlıq da bizim qəsəbəmizdə olur. Bu il çox gözəl məhsul var. Bu ağaclar 50 ilin ağaclarıdır. 40, 50, 60, hətta 100 kiloqram məhsul verən ağaclarımız var”.
Sitrus bağlarında meyvə yığımının başlanması yerli sakinlərin məşğulluğuna da müsbət təsir göstərib. Sakinlər bağlarda feyxoa yığaraq gündəlik qazanc əldə edirlər.
Onlardan biri də Könül İxtiyarovadır. “Bağlarda feyxoa boldur. Əsasən iri feyxoaları yığırıq. Gündəlik qazancımızı əldə edirik. Məndən başqa bu bağda 10 nəfər də işləyir. 7-8 saata 100-150 kiloqram feyxoa yığırıq”, - deyə o bildirib.
Digər işçi Gülzar Rzayeva isə deyir ki, 10 ildir bu bağda işləyir: “Yayda ağaclara baxırıq. Diblərini yumşaldır, su veririk. Payız başlayanda da meyvəsini yığırıq. Mandarin və naringi bağlarında da işləyirik”.
Feyxoanın hazırkı qiyməti təsərrüfat sahiblərinin ürəyincədir. Onların sözlərinə görə, feyxoaya tələbat həmişə var. İlk mərhələdə qiymətlər yüksək olduğuna görə bu dövrdə məhsul daha çox ixrac edilir. Tədarükçü İlqar Əhmədov bildirir ki, xarici bazarlarda Azərbaycan meyvəsinə böyük tələbat var: “Məhsulu Rusiya şəhərlərinə göndəririk. Builki məhsuldarlıq keçənilkindən çox yaxşıdır. Keçən il Rusiya bazarlarına 40-50 ton meyvə çıxarmışdıq. Bu il isə yeni başlasaq da, artıq 5-6 ton məhsul göndərmişik. Bizim məhsullar dərmansız yetişdirilir, təbii meyvələrdir. Ona görə də Rusiya bazarlarında bu meyvələrə böyük tələbat var”.
Cənub bölgəsində tezyetişən feyxoanın yığımı oktyabrın axırlarınadək, ümumi yığım isə növündən asılı olaraq dekabradək davam edəcək.
Astarada olan 3835 hektar sitrus meyvə bağlarının 750 hektarı feyxoa sahələridir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
5 d. əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
7 d. əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 12 d. əvvəl
- 21 d. əvvəl
-
59 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















