Roche-nin satışlarında güclü artım
Roche qrupunun satışları 2019-cu ilin doqquz ayı ərzində 10 faiz artaraq 46,1 milyard İsveçrə frankı səviyyəsinə çatıb və şirkət bu ilə dair proqnozlarını üçüncü dəfə qaldırıb.
Dünyanın ən böyük biotexnologiya şirkətlərindən biri olan Roche, 2019-ci ilin ilk doqquz ayına dair maliyyə nəticələrini açıqlayıb.
"Marja" xəbər verir ki, Roche-dən verilən məlumata görə, şirkətin qrup satışları ötən ilin 9 ayı ilə müqayisədə bu ilin 9 ayında 10% artaraq 46,1 milyard İsveçrə frankı səviyyəsinə çatıb. Qrupun Dərman hissəsinin satışları 12 faiz artımla 36,6 milyard İsveçrə frankı səviyyəsinə qalxıb, Diaqnostika hissəsinin satışları isə 4 faiz yüksələrək 9,5 milyard İsveçrə frankı təşkil edib.
Açıqlamada fikirlərinə yer verilən "Roche" Qrupunun İcraçı direktoru Severin Schwan, şirkətin, ilin doqquz ayında çox güclü bir artım qeyd etdiyini bildirib: "Xəstələrə təqdim təqdim etdiyimiz innovativ müalicə vasitələrimiz ilə onların həyatında fərq yaratmağa davam edirik. Yeni xəstəlik sahələrinə uğurla giriş edirik və ağır xəstəliklərlə yaşayan daha çox xəstəyə fayda vermək üçün əhəmiyyətli yeni müalicə variantları təqdim edirik".
Roche, 2019-da satışlarda yüksək təkrəqəmli artım və satışlara paralel olaraq yüksək mənfəət artımı gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























