“Fəvvarələr meydanı”nda yeni ictimai-iaşə obyekti
Oktyabrın 18-də Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Churros” ictimai-iaşə obyekti fəaliyyətə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, “Fəvvarələr meydanı”nda yerləşən “Churros”da İspaniya şirniyyatı olan “churros”un hazırlanması və satışı həyata keçirilir. Eyni zamanda burada müxtəlif çeşiddə çaylar, kofe növləri, kokteyllər və digər sərinləşdirici içkilər hazırlanaraq satılır. Hazırda “Churros”da 5 nəfər işlə təmin edilib.
KOBİA tərəfindən “Churros” ictimai-iaşə obyetinin yaradılmasına konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və s. kimi istiqamətlərdə dəstək göstərilib.
“Churros” şəbəkəsinin genişləndirilməsi və Bakının digər ərazilərində də yaradılması nəzərdə tutulur.
KOBİA mikro və kiçik sahibkarların ölkə iqtisadiyyatında rolunun və məşğulluqda payının artırılması üçün bir sıra biznes təşəbbüslərinin və layihələrin reallaşdırılmasına dəstək göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























