Azərbaycan bankına 5 milyon manat "maya qoyulub"
Sentaybr ayında “TuranBank” ASC-nin nizamanmə kapitalı 4 milyon 998 min 840 manat da artırılıb.
“Marja” xəbər verir ki, Bankın nizamanmə kapitalı 70 milyon 4 min manata çatdırılıb.
Xəbər verdiyimiz kimi, “TuranBank” ASC səhmdarlarının 14 yanvar 2019-cu il tarixli növbədənkənar Ümumi Yığıncağında cəmi məbləği 15 milyon 848 min manat olmaqla - hər birinin nominal dəyəri 1082 manat olan 13864 ədəd adi, sənədsiz adlı səhmin emissiya edilməsi qərara alınmışdı.
Səhmlərin 2 mərhələdə yerləşdirilməsinə qərar verilmişdi. Birinci mərhələdə yeni emissiyanın 10 milyon 2 min 8 manatlıq hissəsi yerləşdirilmiş və Bankın nizamnamə kapitalı 55 milyon 3 min 470 manatdan 65 milyon 5 min 478 manata yüksəlmişdi. Yerləşdirmə ilə Banka 2 yeni səhmdar da cəlb edilmişdi.
HƏMÇİNİN OXU: “TuranBank” nizamnamə kapitalını artırır
“Marja”nın əldə etdiyi məlumata görə, Sentyabr ayında emissiyanın ikinci hissəsi (4 milyon 998 min 840 manat) yerləşdirilib. Səhmlər mövcud səhmdarlar tərəfindən əldə edilib. İki mərhələli prosesin yekununda “TuranBank”ın kapitalı 70 milyon manatı aşıb.
1992-ci ildə yaradılmış “Turan Bank”ın hazırda 8-i hüquqi, 21-i isə fiziki şəxs olmaqla 29 səhmdarı var. Bankın nizamnamə kapitalının 33,97%-i hüquqi şəxslərə, 66,03%-i fiziki şəxslərə məxsusdur.
30 Sentyabr 2019-cu il tarixinə olan məlumata görə, “Turanbank”ın müştərilərə verdiyi kreditlər, gəlirləri və xalis mənfəəti artıb. HƏMÇİNİN OXU: Bu Bankın xalis mənfəəti 5 dəfə artıb
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















