Şokoladın dad və keyfiyyətini itirməməsi üçün diqqət edilməli nüanslar
(®) Şokolad uşaqlıqdan bəri əksəriyyətimizin sevdiyi qidadır. Fərqli forma və ölçüdə olmasından asılı olmayaraq şokoladın ağ, qara və südlü çeşidləri vardır. Bir qayda olaraq bu sevimli ləzzət çox tez-tez yeyilir. Bəs şokoladın dad və keyfiyyətini itirməməsi üçün nə etmək lazımdır? "Şokolad elmi"nin incəliklərindən yola çıxaraq, sizi maraqlandıran suallara cavab tapdıq.
Şokolad kakao yağı, kakao tozu, süd və şəkər tozundan istifadə olunaraq hazırlanır. Saxlanılma müddəti 1-2 il arasında dəyişir. Gün işığı, nəm və havaya qarşı həssas olan bu məhsulu keyfiyyətini itirməməsi üçün digər məhsullar kimi düzgün şəkildə saxlamaq lazımdır. Şokolad üçün ideal saxlanılma temperaturu 15-21 dərəcədir. İnsanın əhvalını yüksəldən bu qida qoxuya qarşı həssasdır. Buna görə də onu ədviyyatlardan, ətirlərdən və digər güclü aromatlardan uzaq, sıx qablaşdırmada saxlamaq tövsiyə olunur.
Hava və işıqla təmasda olduqda şokolad oksidləşməyə başlayır. Bu zaman məhsulun tərkibindəki yağın xüsusiyyətləri dəyişir. Beləliklə, şokoladın dadı dəyişərək və xoşagəlməz qoxuya səbəb olur. Şokoladdakı kakao oksidləşmə prosesini ləngidən təbii maddələrə malikdir.
Tünd şokolad digər şokolad növləri ilə müqayisədə ən yüksək kakaonun konsentrasiyasını ehtiva edir. Buna görə oksidləşməyə az meyillidir.
Ağ şokolad kakao tozu istifadə edilmədən hazırlanır. Buna görə də müdafiə təbəqəsi yoxdur və kənar təsirlərə qarşı həssasdır. Oksidləşmənin qarşısını almaq üçün ağ şokoladı hava keçirməyən və qeyri-şəffaf paketdə saxlamaq tövsiyə olunur.
Məhsulun keyfiyyətli olması onun hazırlanmasından asılıdır. Bəs çox sevdiyiniz bu dadın necə hazırlandığı sizi heç maraqlandırmır? Proseslə tanış olmaq üçün yerli brendimiz olan "Ulduz" şokolad fabrikinə yollandıq.
İlk olaraq qeyd etməliyəm ki, burada bizimlə yanaşı, ekskursiyaya gələn başqa qonaqlar da vardı. Gigiyena qaydalarına riayət etməklə böyükdən kiçiyə hər kəs istehsalat prosesini izlədi.
Biz "Sweet" şokolad konfetinin hazırlanması ilə tanış olduq. Konteynerlərdə bol südlü karamel yer fındığı ilə qarışdırılaraq içlik halına gətirildi. Daha sonra hazırlanmış içlik kəsimə göndərildi.
Standart ölçülərdə kəsilən içlik Belçikanın məşhur Barry Callebaut şirkətindən gətirilən xalis şokoladla örtüldü.

"Sweet" şokolad konfetləri soyutma mərhələsini keçdikdən sonra, metal detektordan keçirildi. Ulduz şokolad fabrikinin Keyfiyyətə nəzarət departamentinin rəhbəri Lalə Qasımova qeyd etdi ki, bu mərhələ məhsulun tərkibində yad cisimlərin olmadığını sübut etmək üçündür. Sonda şokoladlar paketlənmə mərhələsinə keçdi. Hazırlanma prosesində xüsusilə diqqətimizi çəkən məqam, şokoladların əl dəymədən, müasir standartlara cavab verən, təmiz və təhlükəsiz şəraitdə hazırlanması oldu.
Məhsul qablaşdırılarkən istehsal tarixi qeyd olunaraq, daşınma mərhələsinə göndərildi. Üzərində qeyd olunan son istifadə tarixi göstərilən müddətdə məhsulun keyfiyyətinə zəmanət verməsi deməkdir. Buna görə də şokolad alarkən qablaşdırmaya diqqət etməklə yanaşı, son istifadə tarixinə baxılmalıdır. Qablaşdırması korlanmış, günəş şüası altında saxlanılan məhsuldan uzaq olmağınız tövsiyə olunur.
Hazırlanan məhsulu yerindəcə dadaraq belə qərara gəldik ki, bu ləziz dadı saxlamaq deyil, aldıqdan dərhal sonra yemək lazımdır. Yəqin ki, bir çox şokolad sevərlər İrlandiyalı yazıçı Oskar Uayldın bu sözləri ilə razılaşacaq: "Cazibədən başqa hər şeyə qarşı çıxa bilərəm".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir










.jpg)












