“MKT”nin pambıq istehsalında rekord
“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialı pambıq istehsalında yüksək nəticəyə nail olub.
MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev müsahibəsində bu il rekord məhsuldarlıq əldə edildiyini bildirib:
“Bu il 830 fermerlə müqavilə əsasında 2017 hektar sahədə pambıq becərilib ki, bu da ötən illə müqayisədə 350 hektar çoxdur. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparıldığından məhsuldarlıq da keçən ilkindən yüksəkdir. Belə ki, bu günədək tarlalardan 7613,38 ton məhsul tədarük olunub. Bu isə 1 hektar üçün orta hesabla 37,74 sentner məhsuldarlıq deməkdir. Bu nəticə ötən ilin göstəricisi ilə müqayisədə 5 sentner çoxdur".
Feruz Hacıyev deyib ki, tarlalarda məhsul yığımı hələ davam edir. Pambıq yığımına 9 kombayn, 20 traktor, 44 qoşqu, 3 yükləyici cəlb edilib. Mövsümün sonunadək orta məhsuldarlığın 38,5 sentnerə çatacağı gözlənilir.
Filialın direktoru pambıq qəbulu məntəqəsindəki gündəlik iş prosesi barədə də məlumat verib. Bildirib ki, qəbul məntəqəsinə gətirilən xam pambıqdan əvvəlcə nümunələr götürülür, laboratoriyada nəmlik və təmizlik göstəriciləri müəyyən edilir. Pambıq qapanda çəkildikdən sonra tayaya yığılır, 5-15 gündən sonra emal üçün talvara, sonra quruducu sexə verilir. Tam qurudulmuş pambıq burada emal olunur. Bu zaman pambıq tullantılardan təmizlənir, mahlıc çiyiddən ayrılır. Mahlıc preslənir, çiyid isə toxum anbarına yığılır.
Qeyd edək ki, bu il Tərtər rayonunda 3427 hektar sahədə pambıq becərilib. Tərtər pambıqçıları hektarın orta məhsuldarlığına görə bu il də respublikanın pambıqçılıq rayonları arasında ön sıradadır. Bu günədək rayon üzrə 11 min 418,192 ton məhsul tədarük edilib. Hər hektarın orta məhsuldarlığı 33,3 sentnerdir.
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
29 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






















