Özəl şirkətin avtobusları üçün xüsusi yanacaqdoldurma məntəqəsi tikiləcək
“Xaliq Faiqoğlu” şirkəti ilə “SOCAR Petroleum” QSC arasında şirkətə məxsus olan avtobusların yanacaqla təmin edilməsi üçün müasir standartlara cavab verən yeni yanacaqdoldurma məntəqəsinin tikintisinə dair müqavilə imzalanıb.
“SOCAR Petroleum”dan verilən məlumata görə, imzalanmış müqaviləyə əsasən qısa müddətdə şirkətə məxsus olan Təmir Mərkəzində “SOCAR” brendli, modul tipli yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Xaliq Faiqoğlu" şirkəti Bakının mərkəzində xidmət göstərən marşrut xətlərində dizel yanacaqlı mühərriklə təchiz edilmiş və “Avro 5” standartlarına cavab verən nəqliyyat vasitələrini istismar edir.
Hazırda 18 saylı marşrut xəttində CNG yanacağı ilə işləyən və “Avro 6” standartlarına cavab verən avtobus test rejimində fəaliyyətini davam etdirir.
30 MƏNTƏQƏSİ VAR
“SOCAR Petroleum” 2008-ci ildən ölkə ərazisində “SOCAR” brendli yanacadoldurma məntəqələrinin inşası və istismarı işlərini həyata keçirir. Cəmiyyət ölkə ərazisində “super”, “premium”, “A92”, “dizel” “CNG” və “LPG” yanacaq növlərinin satışını aparır. Cəmiyyətə məxsus 30 yanacaqdoldurma məntəqəsinin dördünün ərazisində digər yanacaq növləri ilə yanaşı, qiymət baxımından xeyli sərfəli olan sıxılmış təbii qaz yanacağı da istehlakçılara təklif olunur. Bundan başqa Zığ-Hövsan yolunda sıxılmış təbii qaz (CNG) doldurma məntəqəsi fəaliyyət göstərir ki, burada ancaq CNG yanacağının satışı fasiləsiz olaraq təmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib







.jpg)







.jpg)





