"Ani Ödəniş Sistemi gələn ilin ortalarında istifadəyə veriləcək"
Azərbaycan Mərkəzi Bankının (AMB) Ani Ödəniş Sistemi 2020-ci ilin ortalarında istifadəyə veriləcək.
Bunu KİV nümayəndələri üçün keçirilən maarifləndirici treninqdə çıxış edən AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə görüləcək işlər çərçivəsində həm qanunvericilik, həm də ödəniş sistemlərinin texniki arxitekturası yenilənməlidir.
"Bildiyiniz kimi, ölkədə yeni nəsil kassa aparatları tətbiq olunmasına artıq start verilib. Bu, çox təqdirəlayiq və innovativ layihədir. Bu layihə ilə anin ödənişlər layihələrinin əlaqələndirilməsi ilə bağlı Vergilər Nazirliyi ilə görüşlərimiz keçirilib. Yeni nəsil kassa aparatları üzərindən Ani Ödəniş Sistemi vasitəsilə ödənişlərin qəbul olunması gündəmdədir. Gələcəkdə mağazalarda bir qurğu üzərindən həm ödəniş terminalı olacaq, həm də kassa aparatı. Bu aparatlarda kart və mobil telefonla ödənişlər aparmaq mümkün olacaq", - deyə R. Mahmudov qeyd edib.
© APA
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

















