Bank Respublika mobil əlavəsinin yenilənmiş versiyasını təqdim etdi
(®) Bank Respublika ilə hər şey #daharahat olacaq!
Azərbaycanda rəqəmsal bankçılığın liderlərindən biri olan Bank Respublika, müştəriləri üçün “Mobil Şöbə 3.0” mobil əlavəsinin yenilənmiş versiyasını təqdim etdi.
Tətbiqin 3.0 versiyası tamamilə yeni interfeys və mobil əlavə ilə işləmə prosesini daha rahat, daha sürətli və daha səmərəli edən istifadəçi təcrübəsinə dayanaraq hazırlanıb.
Bir sıra yeni xüsusiyyətlərdən əlavə olaraq, “Mobil Şöbə 3.0” versiyası əvvəlki nəsillərin əsas və populyar funksiyalarını özündə saxlayıb və inkişaf etdirib, məsələn: Western Union beynəlxalq pul köçürmələri, “Vektor” lokal pul köçürmələri, şablonlar, avto ödənişlər və sevilən bir sıra digər xidmətlər.
Bununla yanaşı, “Mobil Şöbə 3.0” əlavəsi Bank Respublika müştərilərinə eləcə də, Bankın müştərisi olmayanlar üçün tamamilə yeni imkanlar yaradan bir sıra xidmətlər və həllər təqdim edir. Bunlar: vəsaitlərin xarici bankların kartına köçürülməsi, üçüncü tərəflərin bank kartlarının əlavə edilməsi, bankın müştərisi olmayanların qeydiyyatı, hesabdan çıxarışlarda tranzaksiyaların yeni axtarış sistemi və s.
“Mobil Şöbə 3.0” əlavəsi komandamızın kreativ düşüncə və dizayn təcrübəsini özündə cəmləşdirən 100% Azərbaycan məhsuludur. “Mobil Şöbə”nin yeni versiyasının hazırlanması zamanı xarici təcrübə öyrənilmiş, istifadəçilərimizin rahatlığına və funksionallığa xüsusi diqqət yetirilib. Müştəriləmizə, özümüzün də məmuniyyətlə istifadə edə biləcəyimiz bank məhsulunu təqdim edə bilmək bizim üçün prioritet məqsəd idi. İnanıram ki, biz bu məqsədə çatdıq, bu baxımdan peşəkarlardan ibarət kollektivimizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Gələcəkdə Bank rəqəmsal kanalları fəal şəkildə inkişaf etdirməyə və müştərilərə bazarımıza xas olmayan yeni texnoloji həlləri təqdim etməyə davam edəcək ", - deyə “Bank Respublika”nın darə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















