Türkiyə və Azərbaycan avtomobil əlaqələrilə bağlı daha bir sənəd imzaladı
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda ölkələrimiz arasında bağlanmış ikitərəfli Sazişin tələblərinin icrası ilə bağlı 2019-cu ilin paytaxt Bakıda Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə "Marja"ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
Türkiyə nümayəndə heyətinə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsinin rəisi Mahmut Gürses, Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları müzakirə edilib.
Bundan başqa "Bakı-İstanbul-Bakı" sərnişindaşıma marşrutlarında iştirak edən avtobusların sayı ilə əlaqədar paritetliyin gözlənilməsi, "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsi ilə bağlı qarşıda duran məsələlər, 25 ildən artıq müddət ərzində "mühasirə" şəraitində yaşayan və fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, 2020-ci ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, müvafiq Protokol imzalanıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)
















