Dövriyyəsi 1 - 30 milyon manat olan şirkətlərin diqqətinə!
EY Azərbaycan kiçik və orta miqyaslı şirkətləri “EY İlin İş Adamı™” 2019-2020 müsabiqəsində iştiraka dəvət edir
“EY İlin İş Adamı™” Azərbaycan 2019-2020 proqramı innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda lider mövqe tutan şirkətlər yaratmağa nail olmuş, cəmiyyətə müsbət təsir göstərən uğurlu kiçik və orta miqyaslı şirkət və sahibkarların namizədliklərini (ərizələrini) qəbul edir.
Kimlər iştirak edə bilər?
- Namizəd və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir;
- Namizəd ən azı 3 illik fəaliyyətə malik şirkətin əməliyyatları üçün son dövrdə məsuliyyət daşıyan mülkiyyətçisi/meneceri olmalıdır;
- Namizəd şirkətdə ən azı son 2 ildə rəhbər vəzifə tutmalıdır;
- Namizədin təmsil etdiyi şirkətin dövriyyəsi 1 milyon manatdan 30 milyon manatadək olmalıdır;
- Namizəd son 3 il üzrə vergi nəticələrinin izlənilə bilməsini təmin etməli və maliyyə hesabatlarını təqdim edə bilməlidir.
Namizədliyi necə irəli sürmək olar?
Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.az saytına daxil olun.
Proqramın cədvəli:
- Namizədlik üçün ərizələr 15 yanvar 2020-ci il tarixinədək təqdim edilməlidir;
- Namizədliklər 2020-ci ilin fevral ayı ərzində müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək;
- “EY İlin İş Adamı™” proqramının milli mərhələsinin finalçıları və yekun qalib 11 mart tarixində keçiriləcək qala mükafatlandırma mərasimində elan ediləcək.
- Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı™” müsabiqəsində yarışmaq üçün Monakoya səfər edəcək.
Münsiflər heyəti:
Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğun namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirmələri dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçilik dərəcəsi, yaradıcı və bacarıqlı marketinq, sosial məsuliyyət və dayanıqlığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.
Məxfilik:
Namizədliklər irəli sürülərkən təqdim olunan bütün maliyyə və fərdi məlumatlar məxfi hesab ediləcək və müvafiq olaraq qorunacaq.
Tərəfdaşlar və sponsorlar:
“EY ilin iş adamı™“ müsabiqəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Beynəlxalq Bankı və BP-nin dəstəyi ilə keçirilir.
“EY İşin iş adamı™” proqramı haqqında:
EY tərəfindən təsis edilmiş “EY İlin İş Adamı™” proqramı dünyanın ən nüfuzlu biznes mükafatıdır. Proqram potensialı olanlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir və özlərinin gözüaçıqlığı, liderlik xüsusiyyətləri və nailiyyətləri ilə başqalarına ilham verən insanların töhfələrini tanıyır. Bu sahədə ilk və yeganə qlobal mükafat proqramı olaraq İlin iş adamı 145-dən çox şəhərdə, 60-dan çox ölkədə regional, milli və qlobal mükafat proqramları çərçivəsində müvəffəqiyyətli, böyüyən və dinamik biznes quran, idarə edən şəxsləri təltif edir.
Daha ətraflı məlumat almaq üçün www.eoy.az səhifəsinə daxil ola və ya (012) 490 7020 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
8 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ

















.jpg)








