Konqreslər Bürosu tərəfindən “Səfirlər proqramı” təqdim edildi
Dekabrın 10-da Azərbaycan Turizm Bürsounun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən “Səfirlər proqramı”nın təqdimedilmə mərasimi keçirilib.
Dövlət Turizm Agentliyindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, tədbirə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və işgüzar tədbirlər sənayesinin iştirakçıları qatılıblar.
Tədbirdə bildirilib ki, proqramın məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil edəcək xarici assosiasiyaların üzvləri olan professorları, elmi tədqiqatçıları və elm sahəsi üzrə ölkənin tanınmış simalarını – “səfir”ləri bir araya gətirməkdir.
Çıxışlarda “səfir”lərin ölkənin işgüzar turizm potensialının üzv olduqları beynəlxalq təşkilatlarda səmərəli təbliğ etməklə irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycana cəlb olunmasında mühüm rol oynayacaqları qeyd olunub.
Hazırda “Səfirlər proqramı”na daxil olan mütəxəssislərin sayının 10 nəfər olduğu, lakin qarşıdakı illərdə bu sayın 50 nəfərə çatmasının planlaşdırıldığı diqqətə çatdırılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən strateji hədəf olaraq işgüzar turizmin inkişafının dəstəklənməsi üçün işgüzar tədbirlər sənayesi üzrə “fəxri səfirlər klubu”nun yaradılması görüləcək tədbirlər sırasına daxil edilib.
Tədbir çərçivəsində Azərbaycan Konqreslər Bürosunun bir illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verilib.
İşgüzar tədbirlər sənayesinin gələcək trendleri haqqında keçirilən panel müzakirələrində Rusiya Konqreslər Bürosunun direktoru Aleksey Kalaçev, Beynəlxalq Konqres və Konfranslar Assosiasiyasının Avropa üzrə meneceri Elif Balcı, işgüzar tədbirlər üzrə nüfuzlu “Enited business events” şirkətinin baş məsləhətçisi Henrik Von Arnold, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktor müavini Bəhruz Əsgərov və Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva çıxış ediblər.
Həmçinin tədbir zamanı il ərzində Azərbaycana işgüzar tədbirləri cəlb edən yerli assosiyasiya nümayəndələrinə, Azərbaycan Konqreslər Bürosu ilə aktiv şəkildə əməkdaşlıq etmiş İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvlərinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən mükafat və sertifikatlar təqdim olunub.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb























