Neft qiymətləri qalxır
Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı rəqəmlərin neft ehtiyatlarının ötən həftə azaldığını və qlobal təklif artıqlığının düşməkdə olduğunu göstərməsinin ardından yüksəlib.
"Marja" xəbər verir ki, özəl sektorun dəstəklədiyi Amerika Neft İnstitutunun açıqladığı məlumatlara görə, neft ehtiyatları ötən həftə 1.83 milyon barrel düşüb. Çərşənbə günü açıqlanacaq rəqəmlərin isə, rəsmi ehtiyatların rekord səviyyədən gerilədiyini göstərəcəyi gözlənilir. Mövzu haqqında məlumata malik bir mənbəyə görə, Şimal Dənizi Buzzard sahəsində neft hasilatı dayanıb.
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bəzi üzvləri Yanvar ayında başlayan və İyun ayında sona çatacaq altı aylıq istehsal azaldılması müqaviləsinin uzadılmasını dəstəklədiklərini bildiriblər. OPEC-in Baş katibi Məhəmməd Barkindo, Bazar günü etdiyi açıqlamada, ABŞ-da fəal aktiv neft buruqlarının sayının 2015-ci ilin Sentyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxmasına baxmayaraq, bazarın hazırda yenidən sabitləşməkdə olduğu məsələsində nikbin olduğunu demişdir.
Analitiklər bildirirlər ki, neft hasilatının azaldılması müqaviləsinin daha altı ay uzadılacağı ehtimalı neft qiymətlərini dəstəkləyir.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında təxminən 2,1% bahalaşaraq bareli 51.28 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 2,4% yüksələrək bareli 54.29 dollara çıxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























