İnformasiyaların artım tempi ilə insanların bu informasiyalara inam dərəcəsi tərs mütənasibdir
Müasir dövrdə xidmətlərin, həyatımızı asanlaşdırmağa çalışan həllərin və yeni icadların sayı durmadan artır. Hər yer informasiya qışqırır, hər bir marka danışır, bəziləri hətta bağırır: “mən fərqli, mən müasir, mən keyfiyyətli, mən ucuz, mən ən yaxşı, mən ən birinci, mən ən çevik”…
Belə səs küylü informasiya axını dövründə heç danışmayanlar da var. Danışmayan yerli markalar haqqında növbəti yazılarımda… Hələlik onu deyim ki, bu tip yerli bizneslərin heç danışmamasının bir neçə maraqlı səbəbi var. Onlardan biri hər hansı bir qrupa bağlı olub, o kanal vasitəsi ilə biznesin təşkili və idarə olunmasıdır.
Qayıdaq mövzumuza. İnformasiyanın bolluğu, saxta xəbərlərin (“fake news”) doğru xəbərlərdən daha sürətlə yayıldığı dövrdə yerli markalar eşidilmək üçün nə etməlidirlər?
Auditoriya üçün dəyərli olun!
İnformasiyanın və rəqabətin artdığı dövrdə auditoriya üçün zaman çox önəmli amilə çevrilib. Xüsusilə də, bizim yerli auditoriyanın zamana qarşı fərqli və spesifik yanaşması və vərdişləri var. Onlar daim harasa tələsirlər. Evdən işə, işdən dostlarının yanına, oradan da yenə evə tələsirlər.
Bütün bu obyektlərin arasında onlar demək olar ki, yaşamırlar. Sadəcə tələsib bir obyektdən digərinə çatmağa çalışırlar. Hərəkət zamanı qarşılarına çıxan hər bir informasiyanın onları ləngitdiyini düşünür və bu səbəbdən məlumatlara etinasız yanaşırlar. Hətta həmin ərəfədə rastlarına çıxan yad insanları görmür, onlara təmas etməyə çəkinirlər.
Belə bir auditoriyaya düzgün formada səslənmək və onlara özünüz barədə danışmaq çox böyük məharət və ustalıq tələb edir. Bu səbəbdən markanızla bağlı danışarkən mesajlarınız onların zamanına dəyər, fayda qatmalıdır.
Həqiqətləri danışın!
Qayıdaq yenə texnoloji inkişaf, sosial şəbəkələr və hər kəsin danışa bilmə imkanlarının artmasına. Yəni, artıq sizin auditoriyanız da “danışır”. Məhz bu səbəbdən siz markanızla bağlı yalnız həqiqi olanları danışmalısınız.
Siz özünüz haqqında həqiqəti əks etdirməyən məlumatları danışmaqla markanız üçün böhran vəziyyəti yarada bilərsiniz. Mütləq auditoriyanızın içində həqiqətləri bilənlər var və əmin olun, bu haqda danışmağa həvəsli olanlar da tapılacaq. Həm də unutmayın ki, auditoriyanızın içində sizi diqqətlə dinləyən rəqibləriniz də var. Sizin üçün yeni böhran, onlar üçün əlavə bonus sayılır.
Özünüz danışın, öz dilinizdə danışın!
İnformasiyanın artım tempi ilə insanların bu informasiyalara inam dərəcəsi tərs mütənasibdir. Məlumatlar artdıqca mənbələr də qarışır. Artıq kimin düzgün kimin səhv danışması auditoriyalarda sual yaradır.
Tarixdə hər hansı informasiyanın yaradılması, ötürülməsi və yayılması belə asan olmamışdı. Yalan məlumatlar, saxta xəbərlər artdıqca auditoriyanın digər mesajlara da inamı azalır. Belə olan halda onlar daha etibarlı mənbələr axtarmağa başlayırlar.
Nəticə olaraq, sizin haqqınızda ən etibarlı mənbə siz ola bilərsiniz. Bu səbəbdən özünüzə aid kommunikasiya kanallarınızı daim inkişaf etdirin və auditoriyanızla sıx əlaqədə olun. Hər gün səhər yeməyini əks etdirən foto paylaşıb “sabahınız xeyir dostlar” postu ilə kifayətlənməyin. Dəyərli olun!
Öz kanallarınızın inkişafı sizə yeni xarici kanallar da qazandıracaq. Düzgün idarə edilən kanallar, yaxşı tərtib olunmuş faydalı və düzgün kontentlər medianın, influenserlərin və digər kanalların diqqətini çəkə və onları sizinlə davamlı əməkdaşlıq etməyə, sizin haqqınızdakı məlumatları paylaşmağa həvəsləndirə bilər. Bu qazanılmış media (“earned media”) auditoriyanızla sizin aranızda etibarlı körpü rolu oynayacaq.
Müəllif: Anar Əskərov, PR üzrə mütəxəssis
PR üzrə 10 ildən çox təcrübəsi olan Anar Əskərovun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək müştərilərinə öz brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)











