“Müştəri Məmnuniyyəti” adlı kitabın təqdimat və imza günü keçirildi - FOTOLAR
17 dekabrda “Park Bulvar” ticarət mərkəzində Arzu Qafarlının müəllifi olduğu “Müştəri Məmnuniyyəti” adlı kitabın təqdimatı və imza günü baş tutub.
Tədbiri giriş sözü ilə açan müəllif ilk olaraq tədbirə gələn bütün kitab severlərə öz minnətdarlığını bildirib. Müəllif bildirib ki, müasir marketinqin tələbi olan Müştəri Məmnuniyyəti, bu gün müəssisələrin planında ön sıradadır. Əvvəllər şirkətlər tək satmağa çalışırdılarsa indi isə bununla yanaşı müştərini qoruyub saxlamağı da düşünürlər.
"Bu gün bizim bazarda müştərinin məmnun qaldığı onlarla istehsal, xidmət sahəsində fəaliyyət göstərən müəssisələrin adlarını açıqlamaq olar. Bununla yanaşı bu brendlər “Made in Azerbaijan” adı ilə xaricdə belə müştərilərin rəğbətini qazanıblar. İnanırıq ki, bu kimi müəssisələrimizin sayı yaxın illərdə daha da çox olacaq",- Müəllif deyib.
Müəllif onuda qeyd etdi ki, güclənən sağlam bazar rəqabətində müəssisələr müştərilərin daha çox rəğbətini qazanmağa çalışmalıdırlar. Bunun üçün müəssisələr məhsulun keyfiyyəti ilə yanaşı, müştəriləri üçün yaxşı xidməti daim təşkil etməlidir. Müəssisələr yaxşı xidmət üçün müştəri ilə təcrübəli mütəxəssislərini üzə-üzə qoymalıdır. Bu sahədə işləyən mütəxəssislərə daim təlimlər, seminarlar və kitablarla təmin etməlidir.
Müəllifi onuda vurğuladı ki, kitabda bu sahənin dahada inkişaf etdirilməsində ən başlıca lazım olan mövzulara toxunulub və məsləhətlər verilib. Bu sahədə işləyənlər kitabdan yararlanaraq öz nəzəri və praktiki biliklərini daha da artıra bilərlər.
Daha sonra YAP Gənclər Birliyinin Sədri Seymur Orucov bildirdi ki, bu sahədə nə qədər çox kitablar yazılarsa, nəticə etibarı ilə bu sahədə işləyən, oxuyan hamı üçün bir praktiki təcrübənin inkişaf etdirilməsində köməklik edə bilər. Qazanan bizim gənc sahibkarlarımız olacaq və sahibkarlıq sinifinin artmasına gətirib çıxardacaq.
Seymur Orucov onuda qeyd etdi ki, müştəri həmişə baş tacı olub. Müştəri ilə elə davranmaq lazımdır ki, o özünü ən üst səviyyədə hiss etsin. Əgər müştəri yoxdursa deməli satışda yoxdur. Müştəri narazı olsa, arada olan münasibət düzgün qurulmasa nəticədə satış və gəlir aşağı düşür. Təqdimatda iştirak edən müxtəlif şirkət rəhbərləri müştəri məmnuniyyətinə toxunaraq bu kimi kitabların çox vacib olduqlarını vurğulamışdır. Sonra isə tədbir iştirakçıları müəllifin imzalı kitablarını əldə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)




