Ötən il 262 minə yaxın əmlaka "kupça" verilib
2019-cu il ərzində ölkə üzrə 262 minə yaxın daşınmaz əmlaka dair çıxarış verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.
Bu barədə “Marja”ya Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Qeydiyyata alınan əmlakın 77 mindən çoxu (29.5%) ilkin, 185 minə yaxını (70.5%) isə təkrar qeydiyyata aiddir. Bunlardan 44 minə yaxını fərdi yaşayış və bağ evi, 75,5 minə yaxını mənzil, 13 minə yaxını torpaq sahəsi, 4,5 minə yaxını qeyri-yaşayış binası, 1000-ə yaxını əmlak kompleksi, 7049-u qeyri-yaşayış sahəsi, 75-i çoxmərtəbəli yaşayış binası, 24-ü isə çoxillik əkmələrdir.
2019-cu ildə 224 minə yaxın daşınmaz əmlakın texniki pasportu tərtib edilib. Eyni zamanda, 43,5 mindən çox ipoteka müqaviləsi, 4309 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 250 minə yaxın məhdudiyyət arayışı verilib.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istismara icazə aktı daxil olan 280-ə yaxın bina üzrə 11 min mənzilin çıxarışı hazırlanıb.
Qeyd edək ki, vətəndaşların daha rahat şəkildə mülkiyyət hüquqlarını rəsmiləşdirməsi üçün səyyar qeydiyyat kampaniyaları keçirilir və birbaşa ünvanlarda qeydiyyat xidmətləri göstərilir. Ötən il ərzində 22 bölgədə səyyar qeydiyyat kampaniyası təşkil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 24 d. əvvəl
- 36 d. əvvəl
- 42 d. əvvəl
-
45 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb






.jpg)










.jpg)







