"60 dollar/barel qiyməti qane edir”
Bu ildən başlayaraq qlobal neft bazarında nisbi qiymət sabitliyi müşahidə olunur.
Bunu açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib:
"Bunu 2016-cı illə müqayisə etmək olar: dünya bazarında neftin qiyməti 30 dollara qədər azalmışdır. Hiss edirdik ki, bu, iqtisadiyyata böyük zərər verəcək”.
Nazir hesab edir ki, həm OPEC, həm də qeyri-OPEC ölkələrində neft hasilatının azaldılması üçün qəbul olunan qərarlar çox düzgün addım olub: “Artıq ilin başlamasından 3 ay keçib və neftin dünya bazarındakı stabilliyini hiss edirik. Bunu davam etdirəcəyik. Bildiyiniz kimi, monitorinq qrupu yaradılıb və həmin qrup bu qərarın necə yerinə yetirildiyini təhlil edir. Neft qiymətlərində çox böyük dəyişmələr heç kimə xeyir gətirmir. Biz istəyirik ki, neftin qiyməti stabil olsun”.
N.Əliyev həmçinin neftin qiymətinin qalxıb-enmə tendensiyasının öncədən bilinməsinin də əhəmiyyətli olduğunu deyib: “Bu, iqtisadi amillərdən asılıdır. Mayda Vyanada OPEC və qeyri-OPEC ölkələrinin görüşü keçiriləcək. Monitorinq qrupunun hesabatından asılı olaraq orada yeni qərarlar qəbul edilə bilər. Hansı təkliflər ola bilər, ya hasilatı eyni səviyyədə saxlamaq, ya da hansısa əlavə tədbirlər görmək. Neft istehsal edən ölkə kimi biz maraqlıyıq ki, neftin qiyməti stabil qalsın. Bu gün 60 dollar/barel qiyməti həm istehlakçıları, həm də istehsalçıları qane edir. Ona görə, də çalışacağıq ki, neftin qiyməti belə bir səviyyədə qalsın. Əgər qalarsa, bunun Azərbaycana çox böyük xeyiri olacaq”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)





