Beynəlxalq Bankdan Sahibkart sahibləri üçün daha bir imkan
(®) Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin işini asanlaşdırmaqdan ötrü daha bir imkan yaradıb.
Bankın onlar üçün təqdim etdiyi Sahibkart plastik kartına malik hər kəs indi öz hesabına “E-manat” terminalları vasitəsilə vəsait mədaxil edə bilər.
Mədaxil əməliyyatını həm şəxsiyyət vəsiqəsinin FİN kodu, həm hesab nömrəsi, həm də 7 rəqəmli müştəri kodu vasitəsilə həyata keçirmək mümkündür. Bu xidmət respublika ərazisindəki bütün “E-manat” terminallarında keçərlidir. Ödəniş zamanı 100 (bir yüz) AZN məbləğinədək mədaxil üçün heç bir komissiya tutulmur.
Sahibkart məhsulunu hər bir fərdi sahibkar əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər. Sahibkart plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri Sahibkartla hesabını çox asan şəkildə idarə etmək imkanına malikdir. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar.
“Sahibkart” əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)


