“Bizim Market”dən Agentlik sədrinin açıqlamasına münasibət - "128 MİN MANAT ZƏRƏRDƏYİK"

"Bizim Market" MMC, bu gün Marja.az saytında dərc edilmiş Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzlinin "Bizim Market" AQTA-nı günahlandıra bilməz" açıqlamasına münasibət bildirib.
Marja.az-ın sorğusuna cavab olaraq "Bizim Market" şirkətindən bildirildi ki, "Bizim Market" AQTA tərəfindən uyğunsuz yağın aşkarlanmasında özü də zərərçəkən tərəfdir. Burada söhbət maddi, həm də mənəvi zərərdən gedir. Çünki bu məhsula görə istehsalçıya 128 min 700 manat ödəniş edilib (elktron-qaimənin fotosu aşağıda əlavə edilib).
“SN Qida Təhcizat” MMC adlı şirkət "Bizim Market"ə çox peşəkarcasına hazırlanmış saxta sertifikat təqdim edib və dövlətin rəsmi sənədini saxtalaşdırıb. Bu məsələ ilə bağlı "Bizim Market" hadisədən dərhal sonra rəsmi açıqlama yayıb və bundan sui-istifadə edən media qurumlarının bu addımından təəssüfləndiyini bildirib.
Bundan başqa "Bizim Market" MMC bu kimi halların baş verməməsi üçün AQTA ilə hər zaman daimi əməkdaşlığa və birgə əməkdaşlıq nəticəsində bu formada yararsız məhsul istehsal edən, sertifikatları saxtalaşdıran “istehsalçı”lara qarşı mübarizə aparmağa hər zaman hazırdır.
Xatırladaq ki, dünən "Bizim Market" açıqlamasında bildirmişdi:
"Qida Təhlüksəzilik Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olduğunu yoxlamaq üçün isə bu gün heç bir vasitə yoxdur. Bunun üçün çox yaxşı olardi ki, AQTA istehsalçılara verdiyi sertifikatları öz saytında yerləşdirsin. Supermarketlər də məhsul alarkən ona təqdim olunan sertifikatı agentliyin saytından yoxlasın və bu kimi hallar baş verməsin. Çünki heç bir supermarketin labaratoriyası yoxdur ki, aldığı hər bir məhsulu labaratoriyada yoxlayıb alsın".
Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzli də "Bizim Market"in açıqlamasına münasibət bildirərək deyib:
"Bizim Market" bu məsələdə AQTA-nı günahlandıra bilməz. "Hər hansı bir cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə nə əlaqəsi var? Bizim saytda şirkətlərin reyestri var və biz həmin şirkətlərin Azərbaycana idxal olunan məhsullar barədə məlumat veririk. Hər hansı bir ticarət şəbəkəsi bununla maraqlansa, o zaman bilər ki, saxta mal var, ya yoxdur. Biz bu faktla bağlı "Bizim Market"i günahlandırmamaışıq. Açıqlamamızda da bildirdik ki, burada sırf cinayət qrupa iştirak edib və SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan Qida Təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb".
HƏMÇİNİN OXU: "Bizim Market" AQTA-nı günahlandıra bilməz" - SƏDRDƏN AÇIQLAMA
HƏMÇİNİN OXU: ""Bizim Market" də aldadılıb" - AÇIQLAMA
HƏMÇİNİN OXU: Azərbaycanda satılan "kərə yağına" Belarus şirkəti sahib çıxmadı - BÖYÜK SAXTAKARLIQ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
