Pulun var dərdin var
Real qazancın çox olmayacağı dövr başlaya bilər
Azərbaycan Mərkəzi Bankı 2020-ci ildə inflyasiyanı 4 faiz ətrafında sabitləşdirməyi, yumşaltma prosesini davam etdirməyi, yəni uçot dərəcəsini (faizləri) daha da aşağı salmağı planlaşdırır.
“Marja”nın məlumatına görə, faizlərin aşağı düşməsi əmanətçilər üçün yaxşı xəbər deyil. Hazırda maliyyə göstəriciləri güclü olan banklarda əmanət faizləri 6-8% civarındadır. Təxminən 3% inflyasiyanı da nəzərə aldıqda real faiz 3-5% təşkil edir. Mərkəzi Bankın 2020-ci ildə faizləri daha da aşağı salmaq və kreditləri ucuzlaşdırmaq üçün çalışacağını açıqlaması əmanət alətini daha da sərfəsiz edə, real qazancın çox olmayacağı bir dövr başlaya bilər.
Rəsmi statistikaya görə, Azərbaycanda 3%-ə yaxın inflyasiya mövcuddur. Bir sıra iqtisadçılar inflyasiyanın daha yüksək - 5-6% səviyyələrində olduğunu dilə gətirirlər. Yəni, manatın alıcılıq qabiliyyəti hər il 5-6% azalır. Real inflyasiya nəzərə alındıqda banka illik 8%-lə yerləşdirilmiş əmanətdən sahibinə 2-3% real qazanc qalır. Əgər banklarda əmanət faizləri daha da düşərsə əmanət aləti tamamilə sərfəsiz ola bilər.
Əmanətə qarşı alternativlər də məhduddur.
Azərbaycanlıların isti baxdığı digər sərmayə vasitəsi əmlakdır. Bu gün əmlakın da gəlirliliyi aşağıdır. Birincisi ötən illərdə olduğu kimi əmlak qiymətləri sürətlə artmır, Bakıda bir neçə ildir qiymətlər demək olar ki, dəyişmir. Bəzi ərazilərdə qiymətlərdəki artım yüksək deyil. Yəni, bu gün alınan əmlakın bahalaşmasından yaxşı gəlir götürmək mümkün deyil. İkincisi mənzil alıb kirayəyə vermək də çox sərfəli deyil. Məsələn, Bakıda “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” metro stansiyaları ətrafında təxminən 100 min manata alınan mənzili aylıq 400-500 manata kirayəyə vermək mümkündür. Əgər boş qalan aylar olmasa mənzil 12 ay ərzində 4800 -6000 manat gəlir gətirir, bu da 100 min manatın 4,8-6%-nə bərabərdir. Nəzərə almaq lazımdır ki, mənzil sahibi bir neçə ildən sonra əldə etdiyi gəliri mənzilin təkrar təmirinə yönəldəcəkdir.
Digər alternativlərdən biri beynəlxalq valyuta bazarlarında və birjalarda alış-satış əməliyyatları (Forex) aparmaqdır. Bu işi görmək də təhsil və vaxt tələb edir, həm də yüksək risk var.
Manatdakı vəsaiti Dollara çevirmək də bu gün gəlir gətirmir. Neft qiymətləri yüksək qaldıqca böyük ehtimalla Azərbaycan Manatının məzənnəsi dəyişməyəcəkdir. Gələn il də Dollar/Manat məzənnəsinin 1.70 səviyyəsində saxlanılacağı bəyan edilib. Üstəlik banklar dollar əmanətləri üçün 2-3% təklif edirlər.
Bir çox insanlar hələ də banklara əmanət yatırmağa ehtiyat edirlər. Belələri hesab edirlər ki, oğurluq, yanğın, inflyasiya və s. risklərə baxmayaraq pulu evdə saxlamaq daha yaxşıdır.
Azərbaycanda bir çox pullu insanın üzləşdiyi vəziyyət:
-Banklar risklidir,
-Böyük bankların faizləri aşağıdır, kiçik banklar yüksək faiz təklif etsələr də risklidirlər,
-Əmlak artıq çox bahalaşmır, kirayədən götürülən qazanc da yenidən onun təmirinə gedir,
-Pulu Manatda saxlamaq risklidir, devalvasiya baş verə bilər. Dollara çevirdikdə də, nə vaxt bahalaşacağı qeyri-müəyyəndir.
-Pulu evdə saxlamaq oğurluq və yanğına görə risklidir. Həmçinin, evdə saxlanılan pul gəlir gətirmir.
-Foreksdən başım çıxmır, həmçinin əsas işimə görə foreksə vaxt qalmır.
-Qiymətli kağızlar bazarı çox zəif inkişf edib......
Göründüyü kimi, alternativlər çox az, gəlirlilikləri də yaxşı deyil. Qısası, bu gün "pulun var dərdin var”. Risklərin çox, investisiya vasitələrinin az olduğu Azərbaycanda puldan yüksək gəlir götürmək bir yana, onu qoruyub saxlamaq bir dərddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 d. əvvəl
-
22 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
30 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
54 d. əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
2 saat əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Ən çox oxunanlar
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir





















