“Azərkosmos”dan yoxlamalar başa çatıb
Bugünədək 10 rayonda payızlıq əkinə dair məlumatların “Azərkosmos”dan çəkilişlər əsasında yoxlamaları başa çatıb
9659 fermerin torpaq sənədləri və payızlıq əkin bəyanları peyk vasitəsilə kameral yoxlamaya cəlb olunub
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların peykdən çəkilmiş fotolar, məsafədən zondlama metodları və digər stasionar vasitələrlə kameral yoxlamaları davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, peyk yoxlamalarının əsasını Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları təşkil edir.
Artıq ölkə üzrə 10 rayonda “Azərkosmos”dan çəkilmiş şəkillər əsasında yoxlamalar başa çatıb. Yoxlamalar hər rayonda təsadüfi yolla seçilmiş 3 kənd üzrə aparılıb. Zərdab, Samux, Ağsu, Siyəzən rayonlarından sonra Ağcabədi (Avşar, Gəlabədin, Hacıbədəlli kəndləri), Balakən (Katex, Şərif, Qazma), Beyləqan (Kəbirli, Dünyamalılar, Təzəkənd), Göygöl (Mollacəlilli, Yeni Zod, Quşqara), Oğuz (Böyük Söyüdlü, Padar, Bucaq) və Sabirabad (Axısxa, Qəzli, Bulduq) rayonlarında torpaq sahəsi və əkin bəyanları barədə məlumatların peyk vasitəsilə kameral yoxlaması başa çatıb. Peyk çəkilişləri ilə 10 rayon üzrə 9659 fermerin torpaq sənədləri və payızlıq əkinlə bağlı bəyan etdiyi məlumatlar yoxlanılıb. Yoxlamalar zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndəriləcək və həmin ərazilərdə yerində yoxlamalar aparılacaq. Yoxlamalar başa çatdıqdan sonra fermerin EKTİS-ə daxil etdiyi elektron bəyannamələr yekun olaraq təsdiqlənəcək və fermerə ödəniləcək məbləğ müəyyən ediləcək.
EKTİS-də bəyan edilmiş torpaq məlumatlarına (torpağın sənədi, əkin aparılan sahə və s.) və payızlıq əkin növünə (arpa, buğda, yonca və s.) dair bəyannamənin düzgünlüyünə fermer məsuliyyət daşıyır. Bu səbəbdən fermerlərə bəyan etdiyi məlumatlarda səhvlər varsa, düzəliş etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etmək tövsiyə olunur.
Yanvarın 22-dək 260 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Fermerlər 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq elektron ərziə formasını təsdiq etməli və ya müvafiq düzəlişlərin edilməsi üçün DAİM-ə yaxınlaşmalıdırlar. Etiraz edilməyən ərizələr avtomatlaşdırılmış qaydada monitorinqə yönləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım






.jpg)
.jpg)












.jpg)



