“Bank of Baku”nun xalis mənfəəti 7 dəfə artıb
“Bank of Baku” ASC 2019-cu ili 24 milyon 571 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə “Bank of Baku”nun xalis mənfəəti 7 dəfə artıb. Bank 2018-ci ili 3 milyon 473 min manat xalis mənfəətlə bağlamışdı.
BANKIN GƏLİRLƏRİ ARTIB, XƏRCLƏRİ AZALIB
“Marja” Banka istinadən xəbər verir ki, ötən il “Bank of Baku”nun cəmi faiz və qeyri-faiz gəlirləri 52 milyon 201 min manat, cəmi faiz və qeyri-faiz xərcləri 44 milyon 927 min manat təşkil edib. Bankın gəlirləri xərclərini üstələdiyindən 7 milyon 274 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 24 milyon 258 min manat əməliyyat mənfəətinə əlavə edilib və nəticədə mənfəət 31 milyon 532 min manata yüksəlib. Ötən il “Bank of Baku” 6 milyon 961 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Bank of Baku” ASC 2019-cu ili 24 milyon 571 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 44 milyon 655 min manat, cəmi xərcləri 71 milyon 462 min manat təşkil etmişdi. Bankın xərcləri gəlirlərini üstələdiyindən 26 milyon 807 min manat əməliyyat zərəri yaranmışdı. Lakin mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatların 30 milyon 280 min manatı azad olduğundan əməliyyat zərəri bağlanmış və Bank 3 milyon 473 min manat xalis mənfəət də əldə etmişdi.
BANK BÖYÜYÜB
2019-cu ildə “Bank of Baku”nun cəmi aktivləri 81 milyon 23 min manat artaraq 381 milyon 94 min manata, müştərilərə verilmiş kreditlər isə 18 milyon 892 min manat artaraq 338 milyon 158 min manata çatıb.
Ötən il Bankın depozit portfeli 16 milyon 480 min manat artaraq 183 milyon 223 min manata yüksəlib.
31 Dekabr 2019-cu il tarixində "Bank of Baku" 54 milyon 224 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 d. əvvəl
-
25 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
33 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
57 d. əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
2 saat əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Ən çox oxunanlar
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir























