“Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb
® Təqdim etdiyi telekommunikasiya xidmətlərini hər zaman müştərilərin ehtiyaclarını nəzərə alaraq formalaşdıran “Nar”, artıq 5 aydır ki, “Nar+” tətbiqini abunəçilərinin istifadəsinə verib.
Hesaba rəqəmsal nəzarət imkanı verən bu tətbiq artıq “Nar” abunəçilərinin şəffaf müştəri təcrübəsinin ayrılmaz bir hissəsinə çevrilib. Belə ki, bu qısa müddət ərzində tətbiqdən qeydiyyatdan keçənlərin sayı 100.000-i ötüb.
Abunəçilər “Nar+” vasitəsilə bir neçə saniyə ərzində özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Tətbiqlə sərfiyyat haqqında izahlı qaiməni də şəffaf şəkildə əldə etmək mümkündür. Tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmə imkanı verməsidir. Belə ki, əgər bir neçə şəxsi "Nar" nömrə istifadə edirsinizsə və ya yaxınlarınızın hesabında əməliyyat aparmaq lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə keçid edə bilərsiniz.
Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























