Əmanətlərin tam sığortalanması sona çatır? - MƏRKƏZİ BANKIN MÖVQEYİ
“Bank sektorundakı bütün problemlər həll edildikdən sonra əmanətlərin tam sığortalanması sistemindən çıxmaq məqsədəuyğun olar”.
“Marja”nın məlumatına görə, bunu jurnalistlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti 2020-ci ilin Mart ayının əvvəlində başa çatacaq. Əgər qanunun müddəti uzadılmasa və hər hansı bir dəyişiklik edilməsə banklardakı əmanətlər tam deyil, 30 min manatadək vəsaitlər sığortalanmış hesab olunacaqdır.
Mərkəzi Bank hesab edir ki, ölkədə makro-iqtisadi sabitlik mövcud olsa da, bank sektorunda nöqtəvi problemlər qalmaqdadır. Yəni, sistemdə deyil, bir neçə bankda problem var. Bu problemlər tam həll olunmadan əmanətlərin tam sığortalanmasından aqressiv çıxmaq doğru olmaz. Əmanətlərin tam sığortalanmasından çıxış mərhələlər ilə olmalıdır. Məsələn, əmanətlərin tam sığortalanmasından birinci mərhələdə 100 min manatadək əmanətlərin sığortalnamsına keçid ilə çıxmaq olar.
Eyni zamanda Mərkəzi Bank hesab edir ki, əmanətlərin sığortalanmasında əvvəlki maksimum məbləğ olan 30 min manat da (30 min manatadək əmanətlər sığortalanırdı) kifayət etməyə bilər.
Elman Rüstəmov bildirib:
“4 il əvvəl “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbul olunması maliyyə sabitliyində mühüm rol oynadı. “Əmanətçi təşvişi” deyilən bir qanun var. Bir anda milyardlar ilə valyuta banklardan çıxarılır, valyuta bazarına daxil olur, hamı konvertasiya etmək istəyir. Belə bir halda ciddi maliyyə sarsıtısı ola bilərdi. Cənab Prezident vaxtında bu qanunu qəbul etdi.
Keçən il bu qanunun vaxtı bitirdi. Lakin biz Maliyyə Sabitliyi Şurasında situasiyanı müzakirə etdik. Bizim mövqeyimiz belə oldu ki, maliyyə sistemində problemlər hələ tam həllini tapmayıb. Problemlərin həlli başa çatmadan 100% sığortalamadan çıxmaq tez olardı. Cənab Prezident bu arqumentləri qəbul etdi və qanunun müddətini 1 il də uzatdı.
Bu gün isə ölkədə ciddi makro-iqtisadi sabitlik var. Biz düşünməliyik. Digər tərəfdən, bank sektorunda nöqtəvi problemlər də var. Düşünürəm ki, Maliyyə Sabitliyi Şurası bu məsələni bir daha müzakirə etməlidir.
Mərkəzi Bank paralel olaraq yeni sığorta modeli haqqında düşünür. Düşünürük ki, tam sığortalanmadan çıxış mərhələlər ilə, yumuşaq olmalıdır. Tam sığortalnamadan əvvəl maksimum məbləğ 30 min manat idi. Biz düşünürük ki, 30 min manat da kifayət etməyə bilər. Mərkəzi Bankın mövqeyi belədir ki, biz bütün problemləri həll etməliyik, bunun üçün çox qısa vaxt lazımdır, bundan sonra tam sığortalanmadan mərhələlər ilə çıxmalıyıq. Əhali tam əmin olmalıdırlar ki, banklardakı əmanətləri üçün qorxu yoxdur. Biz bu məqsədlə qanun layihəsini hazırlayacağıq. Bildiyimiz kimi Azərbaycanın yeni parlamenti işləməyə başlayacaq. Yeni parlamentin ilk toplantılarında biz bu prosesləri başa çatdıracağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
21 d. əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
3 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
3 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Əliyevlə Tramp arasında görüş keçirilib
Ən çox oxunanlar
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
























