Quş ətinə qadağa kolbasa və sosiləri bahalaşdırdı
Azərbaycanda araq və kolbasaların qiymətində artım olub.
Ölkədə fəaliyyət göstərən market və supermarketlərdə kolbasa və arağın qiyməti artıb. Araqlarda bahalaşma 12% olub. Buna səbəb aksiz vergisinin tətbiq olunması olub. Bahalaşma həm yerli, həm də xarici istehsal olan araqlarda özünü göstərib.
Kolbasa və sosislərdə isə əsas bahalaşma “Səhliyalı” şirkətinin “1000 bərəkət, halal nemət” məhsullarında baş verib. Qeyd edilən şirkətdə kolbasa və sosizlərin qiyməti 0,30-0,40 manat artıb.
Məlumat üçün bildirək ki, “Səhliyalı” şirkətinə məxsus hisə verilmiş kolbasaların qiyməti 9,30-dan 9,60 manata,”varena”bişmiş kolbasaları 9,20-dən 9,60 manata, manqal üstü sosis və kolbasaların qiyməti 8,60-9 manatdək bahalaşıb.
“Səhliyalı” şirkətindən verilən məlumata görə, kolbasa və sosilərin qiymətinin artmasına səbəb ölkəyə gətirilən quş ətinə qadağa qoyulmasıdır. Bu səbəbdən anbarlardakı saxlanılan quş ətinin qiymətində də artım baş verib.
Qiymət artımına səbəb olan digər bir məsələ kolbasa istehsalında istifadə olunan mal və qoyunun kəsiminə nəzarət gücləndirilməsi olub. Həmçinin kolbasa və sosis hazırlanmasında istifadə olunan yod, duz, istiot, aplika da bahalaşıb.
Verilən məlumata görə, şirkətin xərclərinin artmasına baxmayaraq işçilərini ixtisar etrməyib. Əksinə işçilərin sayı artırılıb. Halbuki digər kolbasa və sosis istehsalçısı şirkətlərinin işçilərini ixtisar edtiyi bildirilir.
Xatırladaq ki, bir mddət əvvəl siqaretlərin qiymətində də artım baş vermişdi. Ölkədə satılan və əsasandə xarici istehsal olunan siqaretlərin qiyməti 0,30 manat bahalaşmışdı.
© FED
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















