ABŞ-ın Suriyaya raket atmasının dəyəri məlum olub
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Rəhbər Donald Trumpın əmri ilə Suriyanın Xüms vilayətindəki Şayrat Hava bazasına 59 Tomahawk raketi atmasının dəyəri məlum olub.
"Marja" xəbər verir ki, Pentaqonun illik büdcəsinə görə, Əsəd rejiminin İdlibdə həyata keçirdiyi kimyəvi hücuma cavab olaraq atılan "Tomahawk" raketlərinin hər biri 1,59 milyon dollara başa gəlir. Bu rəqəm, hava hücumunda istifadə edilən 59 "Tomahawk" raketinin Pentaqona ən azı 93,81 milyon dollara başa gəldiyini ortaya qoyur.
"Tomahawk"ın istehsalçısı Rayteon-un səhmləri bahalaşıb
Pentaqonun istifadə edilən raketlərin yerinə yenilərinin satın alınacağı gözləntisilə, "Tomahawk"ın istehsalçısı "Raytheon" şirkətinin səhmləri 1,5%-ə yxın bahalaşaraq 153 dollara yüksəlib.
ABŞ ordusu 5,56 metr uzunluğu ilə saatda 880 km sürətə çatan və 1200 - 2 500 kilometr mənzilli "Tomahawk" raketlərini, quru hədəflərini vurmaq üçün adətən hərbi gəmilərdən və ya sualtı gəmilərdən atır.
"Tomahawk" raketləri 450 kq-lıq partlayıcı daşıma gücü və inkişaf etmiş istiqamət sistemi ilə təyin olunan hədəfləri dəqiq vura bilir.
Pentaqon dünən gecə keçirilən hücumda istifadə edilən "Tomahawk" raketlərini Şərqi Aralıq Dənizdəki gəmilərdən atdığını açıqlanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 15 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
51 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
1 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
Ən çox oxunanlar
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış

























