Süni qida məhsulları istehsalı, satışı və idxalına nəzarət gücləndirilir - QƏRAR
Nazirlər Kabineti körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərarın izahını verib.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu qərar bir neçə qanuna mühüm dəyişiklikləri nəzərdə tutur. Məsələn, qərarda nəzərdə tutulmuş “Körpələrin və erkən yaşlı uşaqların qidalanması və “Yeyinti məhsulları haqqında” qanununlarda edilmiş dəyişikliklər Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartlarını müəyyənləşdirdiyi üçün həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu qərar Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirir.
Belə ki, bu qərarla müəyyənləşdirilmiş standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilir.
Bu qərarla müəyyənləşdirilən Sağlamlıq sertifikatı olmadan körpələr üçün nəzərdə tutulmuş süni qidalar həmçinin reklam oluna bilməz. Bu qərara əsasən Sağlamlıq sertifikatına süni qidanı istehsal və idxal edən şirkətin haqqında bütün zəruri məlumatlar daxil edilməlidir.
Bu qərar imkan verir ki, körpələr üçün nəzərdə tutulan süni qida məhsulları üzərində tam nəzarət formalaşdırılsın və bu istiqamətdə qida təhlükəsizlyi təmin edilsin.
Qərarda həmçinin “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna da dəyişiklik nəzərdə tutulur. Dəyişikliklərə əsasən, ekoloji təmiz qida məhsulları istehsal etmək niyyətində olan şirkətlər bunun üçün quraşdırdıqları avadanlıqlara da müvafiq sertifikatlar almalıdır. Yalnız bu halda həmin şirkətin istehsal etdiyi qida məhsulu ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər.
Qərarda “Arıçılıq haqqında” qanuna edilmiş dəyişiklik isə arıçılıq məhsullarının istehsalı zamanı istifadə olunan avadanlıq və vasitələrin ekoloji təmiz standartlara uyğunluğu üçün sertifikat və baytarlıq şəhadətnaməsi alınmasını nəzərdə tutur. Yəni qərar arıçılıq sahəsində baytarlıq nəzarətini də tənzimləyəcək. Qərar arıçılıq məhsullarının gigiyenik standartlara uyğunluğuna dair normativləri də müəyyənləşdirir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















