“21 milyon sərmayə yatırmışıq, keyfiyyətsiz Çin mallarını 25-30% yerli mallar ilə əvəz etmişik”
““Unimetal” və “Prometal” şirkətlərimiz investisiya təşviqi mexanizmlərindən istifadə edərək son 3 ildə ölkə iqtisadiyyatına 21 milyon manat investisiya yatırıb”.
“Marja”nın məlumatına görə, bunu “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov “Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru” mövzusunda konfransdakı çıxışı zamanı bildirib.
Metal email şirkətinin rəhbəri bildirib ki, ölkə iqtisadiyyatındakı şəffaflaşma investisiyaların artmasına təkan verir:
“İlk olaraq şirkətlərin xərcləri, maliyyə hesabatları rəsmiləşir. Bu da şirkətlərin banklardan ucuz və asan kredit cəlb etmələrinə imkan yaradır və investisiyaları artırır.
İqtisadiyyat Nazirliyinin verdiyi İnvestisiya təşviqi sənədinin üstünlükləri də investisiyaları artırır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərin idxal etdikləri texnikalar, texnoloji avadanlıqlar və qurğular idxalı gömrük rüsumundan tam azaddır. Həmçinin investisiya təşviqi sənədini almış hüquqi şəxsin əldə etdiyi mənfəətin 50 faizi vergidən azaddır. “Unimetal” və “Prometal” şirkətlərimiz təşviq sənədlərindən istifadə edərək son 3 ildə ölkəyə 21 milyon manat investisiya yatırmışdır”.
Rüfət Əzizov qeyd edib ki, qeyri-leqal bizneslərin rəsmiləşməsi də sərmayə yatırmağı təşviq edir:
“Qeyri-leqal bizneslər qanunsuz elektrik enerjisindən, digər resurslardan, hətta uşaq əməyindən istifadənin, vergidən yayınmanın mənbəyidir. Qeyri-reqal bizneslərin rəsmiləşməsi biz yerli istehsalçıları sevindirir və iqtisadiyyata daha çox sərmayə yatırmağa təşviq edir”.
Rüfət Əzizov gömrük sistemində də ciddi islahatlar aparıldığını, proseslərin şəffaflaşdığını qeyd edib: "Sistem o qədər avtomatlaşıb ki, artıq şirkətimizin öz gömrük işçilərinin olmasına ehtiyacı yoxdur. Ofisdən onlayn bəyannamə yazırıq, mallar buraxılışa verilir, heç gömrüyə getmirik".
“Unimetal” şirkətinin direktoru bildirib ki, sahibkarların aparılan islahatların sürətinə çata bilməmək çətinlikləri mövcuddur:
“Keçid dövrünü yaşayırıq. Dövlətin, Vergilər Nazirliyinin islahat sürətinə, sahibkarların sürəti yetişmir. Sahibkarların yeni qaydalara uyğunlaşması üçün vaxt tələb olunur. Bununda obyektiv səbəbləri var, çünki sahibkarlar təkcə Vergilər Nazirliyi və Gömrük Komitəsi ilə təmasda deyil, müxtəlif tərəflər var, onların da transformasiya etməsi lazımdır. Hesab edirəm ki, bu keçid dövründə sahibkarlara müəyyən güzəştlər edilməlidir, dostcasına yanaşılmalıdır, gələcək planlar üzrə tələblər qoyulmalıdır”.
İş adamı müəyyən şirkətlərdə əmlak və avadanlıqların tam qeydiyyatda olmaması probleminə də diqqəti çəkib: “Əmalk balansda olmadığından sahibkar onu amortizasiyaya daxil edə bilmir, mənfəəti çoxalır və ödədiyi vergisi artır. Digər tərəfdən sahibkar həmin avadanlıqları banklardan kredit cəlbi zamanı girov kimi istifadə edə bilmir və kreditlərə çıxışı azalır”.
Rüfət Əzizov bildirib ki, Çindən gələn keyfiyyətsiz mallar yerli istehsalçılar üçün müəyyən problemlər yaradır, bu səbəbdən ölkədə standardların tətbiqinə çox ciddi baxılmalıdır: “Biz çox ciddi investisiyalar edirik və bu investisiyaları edərkən bazarda uzunmüddətli qalmağı düşünürük. Bazarda qalmaq üçün də yüksək keyfiyyət olmalıdır. Lakin nə yerli, nə də beynəlxalq standartlara uyğun olmayan, xüsusilə Çindən gələn mallar yerli istehsalçılar üçün müəyyən problemlər yaradır. “Unimetal” və “Prometal” şirkətlərinin 4 metal emalı müəssisəsi var. Onlar arasında ən innovativi ölkədə ilk polimer örtüklü metal istehsalı zavodudur ki, 1,5 fəaliyyəti dövründə Çindən gələn keyfiyyətsiz malı təqribən 25-30%-ni yerli keyfiyyətli mallar ilə əvəz etmişdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
43 d. əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
46 d. əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
57 d. əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir






.jpg)
.jpg)









.jpg)





