Azercell-dən "Biznesim Wi-Fi" təklifləri ilə biznesinizi daha rahat idarə edin!
® Azercell Biznes müəssisələrə sürətli və etibarlı rabitə həlləri təklif etməklə onların rəqəmsal dünyada uğur qazanmasına dəstək olur.
Öz müştərilərinin rəqəmsal transformasiyasını dəstəkləyən Azercell Biznes böyük məmnuniyyətlə fevralın 13-dən etibarən yeni “Biznesim W-Fi” təklifini təqdim edir. Artıq korporativ abunəçilər daha əlverişli rabitə dəstəyi ilə Wi-Fi USB və ya Mi-Fi modemlərdən istifadə edə biləcəklər.
“Biznesim Wi-Fi” təkliflərinin köməyilə korporativ abunəçilər fiziki bağlantı olmayan istənilən yerdən rahatlıqla internetə qoşulmaqla yanaşı, 10-a qədər cihaz arasında interneti paylaşdırmaq imkanına da sahib olacaqlar. İstifadəçilərin fərqli tələblərinə əsaslanan müxtəlif həcmli və bir paketdən digərinə keçid imkanına malik data paketlərdən ibarət xüsusi təklif Kiçik, Orta və Fərdi müəssisələr üçün ideal bir həll vəd edir.
Təqdim olunan yeni təklifin əsas üstünlüyü ondan ibarətdir ki, internet paketlərindən birini seçməklə abunəçi ilkin ödəniş etmədən cihazı pulsuz əldə edir. Wi-Fi USB modemi USB portu vasitəsilə işə salınır, Mi-Fi cihazı isə heç bir cihaz və ya porta qoşulmadan müstəqil şəkildə işləyə bilər. Təkliflərin daha bir üstün cəhəti növbəti 12 ay ərzində paketi digəri ilə dəyişmək imkanıdır.
“Biznesim Wi-Fi” təklifinin qiyməti 20 manatdan başlayaraq həcmi 200 GB-a qədər olan müxtəlif internet paketlərini əhatə edir.
“Biznesim Wi-Fi” təklifi də daxil olmaqla müxtəlif biznes müəssisələri üçün geniş çeşidli məhsullar və həlləri təklif edən Azercell Biznes bir daha özünü etibarlı rəqəmsal biznes tərəfdaşı kimi təsdiq etmiş olur.
Korporativ abunəçilər [email protected] e-mail ünvanına müraciətlərini göndərməklə, Azercell-in yaratdığı bu fürsətdən yararlana bilər. Yeni xidmət haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















