Küveyt və Səudiyyə Ərəbistanı tərəfsiz bölgədə neft çıxarmağa başladı
Küveytin Neft Naziri Xalid Əli Məhəmməd əl-Fadıl mətbuata etdiyi açıqlamsında, 5 illik fasilədən sonra Vefra bölgəsində neft çıxarmağa yenidən başlandığını bildirib.
Marja xəbər verir ki, neft naziri, 2020-ci ili başa vurmadan Vefra neft sahəsindəki quyulardan gündəlik 140 min barel xam neft istehsalına keçəcəklərini söyləyib.
Fadıl, Səudiyyə Ərəbistanı ilə etdikləri razılaşmaya görə, Hafçi sahəsindən də neft istehsalına başlayacaqlarını, buradakı quyulardan gündəlik 250 min barel neft istehsalı hədəflədiklərini bildirib.
Səudiyyə Ərəbistanı ilə Küveyt arasındakı tərəfsiz bölgədə olan Hafci ve Vefra neft sahələrinin gündəlik 500-600 min barel neft istehsal gücü var.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan iki ölkə, 2014-cü ilin Oktyabr ayında ekoloji səbəblərə görə Hafci sahəsindəki, 2015-ci ilin May ayında isə işlədilməsində maneələr olduğuna görə Vefra-dakı quyuları bağlamışdılar.
Səudiyyə Ərəbistanı və Küveyt 2019-cu ilin Dekabr ayında 5 il fasilədən sonra yenidən neft çıxarmaq barədə razılaşmışdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
37 d. əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 51 d. əvvəl
-
57 d. əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 2 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Gümüş rekorddan "doymur"
























