Neftdə 20 faizlik artım proqnozu
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Ağ Ev rəhbərliyinin Suriyada altı ildən çoxdur davam edən daxili müharibədə ən kəskin həmləsini ortaya qoyması Yaxın Şərqdəki geosiyasi qeyri-müəyyənliyi daha da artırır.
ABŞ-ın Suriyanın Xüms şəhəri yaxınlığındakı Şayrat hava bazasını, "Tomahawk" raketlərilə vurması qlobal bazarlara şok dalğası göndərdi. Xüsusən neft geosiyasi risklərə həssasdır. Münaqişələrin neftlə zəngin digər ölkələrə sıçraya biləcəyi həyəcanı ilə birlikdə neft qiymətlərin qalxması gecikmədi.
"Marja" xəbər verir ki, ABŞ-ın raket hücumunun ardından Brent tipli xam neftin barrel qiyməti 56.08 dollara, Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti də 52.94 dollara yüksəldi.
RADARDA GEOSİYASİ RİSKLƏR VAR
Almaniyanın Ştutqart şəhərində yerləşən "Landesbank Baden-Wuerttemberg"un neft analitiki Frank Klump, "Neft qiymətləri əvvəlki həftələrdə geri çəkilmədən sonra yüksəliş meylinə girib. Son günlər gerçəkləşən informasiya axını geosiyasi riskləri təkrar radara salmış kimi görünür" deyir.
"Wall Street"in aparıcı investisiya banklarından "RBC Capital Market"in əmtəə strateqi Helima Croft isə neft qiymətlərinin yaxın aylarda 20 faiz artacağını proqnozlaşdırır.
RBC müştərilərinə göndərdiyi arayışda, "Neft bazarlarında yaxın perspektivdə OPEC-in 25 Maydakı görüşü qiymətlərdə həlledici olacaq. Ancaq neft emalı zavodlarına texniki qulluq mövsümü başa çatır. Beləliklə, ABŞ-da ehtiyatların azalmasını görməyə başlayacağıq. Yayla birlikdə səyahət mövsümü də qiymətləri artıracaq. Yəni tələbat yaxında azalmayacaq. Qiymətlərin aylar ərzində 60 dollara yaxın artacağını proqnozlaşdırırıq" deyə fikir bildirir.
ONLAYN AVİABİLET AL – WWW.SAFAR.AZ
İRAN SEÇKİLƏRİ QİYMƏTLƏRİ YÜKSƏLDƏ BİLƏR
Neft mütəxəssisi Crofta görə, ABŞ-ın Suriyanı raketlərlə vurmasından sonra, Mayda prezident seçkisi keçiriləcək İranda Qərb əleyhdarı bir liderin qələbə qazanması ehtimalını artırır. Bu vəziyyətin də neft qiymətlərində yuxarı istiqamətli hərəkətə təkan verə bilər.
Bəzi analitiklər də Suriyadakı son hadisələrin neftin təməl əsasları üzərində hər hansı bir təsirinin olmadığını və siyasi riskin yüksəldiyi kimi sürətli düşə biləcəyini bildirirlər: ING Bankın əmtəə strateqi Hamza Khan, "Bu yalnız abstrakt bir hərəkət ola bilər. Çünki bu yüksəlişi dəstəkləyən fundamental heç bir şey yoxdur" deyə xəbərdarlıq edir.
YAXIN PERSPEKTİVDƏ GÖZLƏR OPEC ZİRVƏSİNDƏ OLACAQ
Neft qiymətlərində yaxın perspektivdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 25 Maydakı kritik zirvəsi həlledici olacaq. Uzun perspektivdə isə geosiyasi risklər qiymətlərin istiqamətini təyin edəcək. RBC-nın Əmtəə strateqi Helima Croft, yaxın perspektivdə OPEC zirvəsinin qiymətlərin istiqamətini müəyyənləşdirəcəyini qeyd edir və əlavə edir:
"OPEK üzvü olan və olmayan ölkələrin gəldiyi razılaşma üzrə gündəlik 1.8 milyon barellik ixtisar söz mövzusudur. Bu müqavilə daha altı ay da uzadıla bilər. İlin geri qalan dövrü üçün konstruktiv olmağımızın səbəbi də budur. Əgər neft istehsal edən ölkələrdən birində prezident olsaydınız, neft qiymətlərinin yenidən 30 və ya 40 dolarlar səviyyəsinə dönməsindən başqa heç bir şey sizi qorxutmazdı".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
31 d. əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
41 d. əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
1 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
3 saat əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir






















