13 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 18-nin yığımları illik müqayisədə artıb, 3-nün yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar ayında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Naxçıvan Sığorta" ASC-dir. Bu şirkət yanvarda 121 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 12,4 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Meqa Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları yanvarda 2,752 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 10,9% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət ay ərzində 2 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,8% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin yığımları 18,8% azalaraq 1,621 milyon manata düşüb.
13 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar ayında bazarda olmadığı, 1 şirkət (“Naxçıvan Sığorta” ASC) isə 1 il bundan əvvəl ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "PAŞA Sığorta" ASC-dir. Bu şirkət yanvarda 5,415 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 3,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Bakı Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri yanvarda 19 min manat təşkil edib ki, bu da illik müqayisədə 22,7% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət ay ərzində 621 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA MBask" ASC-dədir. Bu şirkətin ödənişləri 87,1% azalaraq 118 min manata düşüb.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
