“Atəşgah Sığorta Şirkəti” zərərdən mənfəətə keçib

“Atəşgah Sığorta Şirkəti” ASC 2019-cu ili 1 milyon 178 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Şirkət 2018-ci ili 770 min 375 manat, 2017-ci ili isə 1 milyon 27 min manat xalis zərər ilə bağlamışdı.
XƏRCLƏRİ AZALIB
Marja şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Atəşgah Sığorta”nın cəmi gəlirləri 39 milyon 48 min manat, cəmi xərcləri isə 37 milyon 576 min manat təşkil edib. Şirkət 1 milyon 472 min manat əməliyyat mənfəətindən 294 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Atəşgah Sığorta”nın cəmi gəlirləri 40 milyon 964 min manat, cəmi xərcləri isə 41 milyon 734 min manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən Şirkətin 770 min 375 manatlıq zərəri yaranmlşdı.
İllik müqayisədə “Atəşgah Həyat”ın topladığı sığorta haqları 2018-ci ildəki 36 milyon 832 min manatdan 2019-cu ildə 36 milyon 880 min manata yüksəlib, sığorta ödənişləri isə 20 milyon 82 min manatdan 19 milyon 162 min manata düşüb.
31 Dekabr 2019-cu il tarixində “Atəşgah Sığorta” 40 milyon 790 min manat cəmi aktivlərə malik olub. Şirkət 2018-ci ilin sonunda 42 milyon 117 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
