Bank BTB-nin maliyyə vəziyyəti məlum oldu
Bank BTB 2020-ci ilin 1-ci rübünü müsbət göstəricilərlə başa vurubBank BTB 2020-ci ilin birinci rübünü 762 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 2 milyon 688 min manat zərər ilə bağlamışdı.
Bankın yaydığı məlumata görə, 2020-ci ilin birinci rübündə Bank BTB-nin cəmi aktivləri 364 milyon 348 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 % artım deməkdir.
Bankın maliyyə göstəricilərinə əsasən qeyd edək ki, Bank BTB-nin ilk rübündə cəmi gəlirləri 7 milyon 984 min manat, cəmi xərcləri isə 7 milyon 222 min manat təşkil edib.
2020-ci ilin birinci rübündə müştərilərini kredit məhsulları ilə təmin edən Bank həmin dövr ərzində kredit portfelini 6% artıraraq ümumi kredit portfelini 225 milyon 965 min manata çatdırmağa nail olmuşdur.
Həmçinin, cari rüb ərzində bankın depozit portfeli 134 milyon 040 min manata çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Hesabat dövründə balans kapitalı 22,8% artaraq 64,94 milyon manata çatmışdır.
Faiz və qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Belə ki, Bank BTB-nin faiz gəlirləri ötən ilin bu dövrü ilə müqayisədə 1 milyon 384 min manatdan 6 milyon 623 min manata, qeyri-faiz gəlirləri isə 40 min manatdan 1 milyon 360 min manata yüksəlmişdir.
Müqayisə olunan dövrdə Bank BTB-nin faiz xərcləri 281 min manatdan 3 milyon 147 min manata, qeyri-faiz xərcləri isə 413 min manatdan 3 milyon 909 min manata çatmışdır.
Müştəri portfelini genişləndirən Bank BTB cari dövr ərzində fiziki şəxs müştərilərinin sayında 6%, hüquqi şəxs müştərilərinin sayında 14%, plastik kartların sayında 3%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 19% artıma nail olmuşdur.
Rüb ərzində Bank BTB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 25.7%, məcmu kapitalının adekvatlıq əmsalı 26.85% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan dəfələrlə yüksək olub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-mart dövründə “Bank BTB”nin cəmi gəlirləri 6 milyon 641 min manat, cəmi xərcləri 6 milyon 362 min manat təşkil etmişdi. Gəlirlər xərcləri üstələdiyindən Bankın 279 min manat əməliyyat mənfəəti yaranmışdı. “Bank BTB” ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyatın yaradılmasına 2 milyon 966 min manat ayırdığından rübü 2 milyon 688 min manat zərər ilə bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
2025-ci il "Bank Respublika" üçün necə keçib? - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 3 saat əvvəl
-
4 saat əvvəl
AccessBank 2025-ci ili gəlir və aktivlər üzrə artım ilə başa vurub
-
6 saat əvvəl
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
-
7 saat əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
9 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 10 saat əvvəl
-
10 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
10 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
İlham Əliyevin Donald Tramp ilə görüşü olub - FOTOLAR
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı






















