Yeni direktor Vüqar Səfərlinin kadrlarını KİVDF-dən “təmizlədi”
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.
Məlumata görə, yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır.
İşdən çıxarılan şəxslərin adları:
1. Aygün Süleymanova – Prezidentinin Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı;
2. Gülgün Zahidli – Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı;
3. Aydın Quliyev – “Bakı-Xəbər” qəzetinin baş redaktoru;
4. Ramin Kərlimli – Vüqar Səfərlinin bacısı oğlu,
5. Elşad Tağıyev - Vüqar Səfərlinin qohumu, kəndçisi
6. Samir Musatafayev – Mətbuat Xidmətinin rəhbəri
7. Mehrac Babayev – “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı.
M.Babayev həm də müəyyən məsələlərə görə siyasi çevrələrdə yaxından tanınır. Milyonçu bir adamın KİVDF-də görəsən nə işi var? Əldə etdiyimiz məlumata görə, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib. Onun burada rəsmi işçi olmasının hansı zərurətdən doğmasını isə yalnız Vüqar Səfərlinin özü bilir.
Bundan əlavə fondun tərkibində olan “Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işi ilə vidalaşıb.
Fondda köhnə komandadan yalnız Baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb. Bu ad bizə jurnalistlərin ev qalmaqalından tanışdı. “Vüqar Səfərli katibəsinə ev alıb” deyənlər Təhminə xanımı qəsd ediblər. Əslində isə o, ev alanda katibə deyildi. KİVDF-nın baş mühasibi və eyni zamanda “Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri idi. Güman ki, evi də məhz qəzet əməkdaşı kimi alıb. Amma onu da deyək ki, T.Yaqubovanın V. Səfərlinin katibəsi kimi təqdim edilməsinin də əsası var. O, Vüqar Səfərlinin "Azərmətbuatyayımı" ASC-nin rəhbəri olan vaxt katibəsi kimi çalışıb. Fonda isə həmişə mühasibatlıq işlərilə məşğul olub.
Qeyd: Fondakı araşdırmaların nəticələri, maaş maxinasiyaları, üzə çıxan başqa maraqlı faktları növbəti günlərdə təqdim edəcəyik.
©️ "BakuPost"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















