Beynəlxalq Bankda bir gündə 23 mindən çox sosial müavinət kartı verilib
(®️) COVİD-19 dövründə əhalinin rifah halının qorunması məqsədilə dövlətin işsiz aztəminatlı şəxslərə təyin etdiyi birdəfəlik ödəmələr üçün vətəndaşlara plastik kartların verilməsi davam etdirilir. Azərbaycan Beynəlxalq Bankında 100 mindən çox vətəndaşa sosial müavinət kartları təqdim olunub.
Proses bankın bütün filial və şöbələrində həyata keçirilir. Kartların verilməsi zamanı vətəndaşların rahatlığının təmin olunması üçün filial və şöbələr gücləndirilmiş iş rejimində hər gün saat 09.00-dan 18.00-a qədər fasiləsiz çalışır. Növbələrin qarşısının alınması, prosesin maksimum operativliyinin təmin olunması üçün bu işə filial və şöbələrin ön ofis əməkdaşları tam heyətdə cəlb olunub. Hər bir vətəndaş bank ofisinə müraciətindən sonra maksimum 5 dəqiqə ərzində öz kartını ala bilir. Həyata keçirilən tədbirlər nəticəsində bankın filial və şöbələrində bir gün ərzində maksimum 23 mindən çox vətəndaşa sosial müavinət kartının verilməsi təmin edilib. COVİD-19-la bağlı karantin rejiminin tələblərindən irəli gələrək bu prosesdə müştərilərin və əməkdaşların sağlamlığının təmin olunması üçün lazimi tədbirlər də həyata keçirilməkdədir.
Bəzi vətəndaşların qeydiyyatda olduqları ünvanlarla faktiki yaşayış yerlərinin fərqləndiyini nəzərə alaraq Azərbaycan Beynəlxalq Bankı prosesi optimallaşdırıb. Vətəndaşlara öz kartlarını əlavə məsafə qət etmədən almaq imkanı yaradılıb. Belə ki, birdəfəlik ödəmə almaq hüququna malik vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq öz kartını bankın ona ən yaxın filial və ya şöbəsindən əldə edə bilər.
Vətəndaşlara verilən sosial müavinət kartları ilə vəsaiti bankomatlardan nağdlaşdırmaqla yanaşı, POS terminallar, yaxud onlayn qaydada nağdsız ödənişlər aparmaq da mümkündür. Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaş olan bəzi mağazalarda alış-verişləri bu kartlarla nağdsız qaydada apardıqda hər ödənişə görə müştəri 3% kəşbək qazanır. Azərbaycan Beynəlxalq Bankı sosial müavinət kartı alan vətəndaşlara bankın mobil tətbiqini telefonlarına yükləyərək onun yaratdığı imkanlardan faydalanmağı da tövsiyə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
7 d. əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
- 48 d. əvvəl
-
1 saat əvvəl
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır
-
2 saat əvvəl
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
-
2 saat əvvəl
“Meqa Sığorta”nın İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
-
3 saat əvvəl
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Ən çox oxunanlar
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
Azərbaycan neftinin son qiyməti
İrşad-da “ŞAD Günlər” başladı!
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Azərbaycana pomidor ixracından daxil olan valyuta 10 faizə yaxın artıb - 192,5 MİLYON DOLLARLIQ İXRAC
Rəsmi məzənnələr açıqlandı
Swissôtel & Raffle Residences – Sea Breeze-də premium yaşayış imkanı





















