"Manat daha sürətlə dəyərdən düşə bilər"
Ötən il FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarının ardından dekabrın 21-də manatın kəskin devalvasiyaya uğradı. Bu il də təxminən eyni ərəfədə FED-in analoji qərarı verməsi insanları təlaşa salıb. Gözlər 21 dekabra dikilib. Yenidən devalvasiya ola bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli isə kəskin devalvasiya ehtimalının az olduğunu hesab edir: “Psixoloji baxımdan belə bir gözlənti yaranıb ki, FED-in qərarından sonra Azərbaycanda da manatla bağlı vəziyyət gərgin olacaq. Həm də ona görə ki, insanların valyutaya çıxış imkanları məhdudlaşıb, insanlar dollar ala bilmirlər. Bu da ajiotajın yaranmasına səbəb olub. Kəskin devalvasiya onsuz da ağır vəziyyətdə olan bank sektorunu tamamilə iflic edə bilər. Bu da iqtisadiyyata daha çox ziyan vura bilər. Lakin burada bir məsələ də var ki, son günlərə milli valyutamızın sürətlə dəyərdən düşməsi müşahidə oluna bilər.
Bu gün hərrac var və bu hərracdan çıxan nəticə də maraqlıdır. Bu hərracdan sonra məzənnənin hansı sürətlə artacağı bəlli olacaq. Kəskin devalvasiyaya gəlincə belə bir ehtimal var, lakin çox aşağıdır. Ən böyük ehtimal odur ki, manat daha sürətlə dəyərdən düşə bilər. Bu anlamda gələn il üçün daha ciddi təhlükə var. Gələn il Mərkəzi Bankın tam üzən məzənnəyə keçidlə bağlı qərarı var. Bu zamana Mərkəzi Bankın müdaxiləsinə qətiyyən yol verilməyəcək. Ancaq Neft Fondunun valyuta birjasına çıxışlarının təsiri olacaq. Neft Fondu isə kifayət qədər məhdud həcmdə valyuta sata bilər. Gələn ilin büdcə layihəsinə baxdıqda görürük ki, Neft Fondu təxminən 4 milyard dollardan bir qədər çox valyuta sata bilər. Bu da ölkənin ehtiyaclarını ödəmir. Bu baxımdan 2017-ci ildə daha çox problemlərin yaşanacağı proqnozlaşdırılır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















