Bakıda bu adla 50 market açılacaq
Xəbər verdiyimiz kimi, “Azərsun Holdinq” endirimli market (discount market) seqmentinə daxil olub. Şirkət "Sərfəli” adlı ilk marketini istifadəyə verib.
Holdinqin direktoru Savaş Uzan “Marja”ya bildirdi ki, keyfiyyətli məhsulları daha ucuz təklif etmək üçün yeni konseptdə marketlər şəbəkəsi yaradılır:
“Sərfəli” marketlərdə satılan məhsulların “Bazarstore”larda satılan məhsulların keyfiyyətindən fərqli olmayacaq. Belə konsept marketlər üçün marketinq və reklam xərcləri nəzərdə tutulmur, həmçinin iri marketlər ilə müqayisədə digər xərclər də aşağı olur. Xərclər az olduğundan məhsular da iri supermarketlər ilə müqayisədə ucuz satılır.
Savaş Uzan qeyd etdi ki, bu ilin sonunadək “Sərfəli” adında 50 marketin açılması planlaşdırılır:
“Biz küçədəki marketi alıb, üzərinə “Sərfəli” adını vurmayacağıq. Biz bunu istəmirik. Əgər “Azərsun” bir iş görürsə, mütləq keyfiyyətli olmalıdır. Marketlərin tərtibatı, xidmət və içərisində satılan məhsullar da keyfiyyətli olacaqdır. Biz bu ilin sonuna qədər 50 “Sərfəli” market açmağı planlaşdırırıq. Növbəti ildə say daha da artırılacadır”.
Savaş Uzan əlavə etdi ki, bu gün Azərbaycanda istehlakçılar daha çox diskount marketlərə üstünlük verirlər.
Qeyd edək ki, endirim mağazası (Discount market) uzun zamandır istifadə edilən pərakəndə ticarət modelidir. Bu mağazalar ana prospektlərdə və ya icarə haqlarının yüksək olduğu ünvanlarda yerləşmirlər. Belə marketlərə məhəllə marektləri də demək olar. Endirim mağazalarında geniş tanınmamış markaların məhsullarının satılmasına üstünlük verilir.
İlk “Sərfəli” Market Bakıda “Olimpik Star”ın yaxınlığında istifadəyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















