“PAŞA Bank”ın Türkiyədəki törəməsi bu ilin ilk rübündə mənfəətlə işləyib

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin 1-ci rübünü 8 milyon 477 min lirə (2 milyon 119 min manat) xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,8% azdır.
Yanvar-mart aylarında faiz gəlirləri 28 milyon 206 min lirə (7 milyon 52 min manat, 1 il əvvələ nisbətən 24,5% az), faiz xərcləri 10 milyon 356 min lirə (2 milyon 589 min manat, 13,25% az), haqq və komissiya gəlirləri 741 min lirə (185 min manat, 35,35% az), qiymətli kağızların alqı-satqısında gəlirləri 2 milyon 77 min lirə (519 min manat, 1 il bundan əvvəl zərər olub), inzibati xərcləri 4 milyon 559 min lirə (1 milyon 140 min manat, 29,5% çox), digər gəlirləri 2 milyon 345 min lirə (586 min manat, 8 dəfə çox), digər xərcləri 5 milyon 585 min lirə (1 milyon 396 min manat, 42,2% çox), xüsusi ehtiyatlara ayırmaları 1 milyon 975 min lirə (494 min manat, 2,1% az), mənfəət vergisi ödəmələri isə 2 milyon 417 min lirə (604 min manat, 35,6% az) təşkil edib.
BANK BÖYÜYÜB
Bu il aprelin 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 1 milyard 900 milyon 54 min lirə (475 milyon 140 min manat) olub ki, bu da illik müqayisədə 10,1% çoxdur. Bunun 1 milyard 243 milyon 286 min lirəsi (310 milyon 822 min manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,2% böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 13,9% artaraq 1 milyard 359 milyon 959 min lirəyə (339 milyon 990 min manat), balans kapitalı isə 1,6% artaraq 540 milyon 950 min lirəyə (135 milyon 24 min manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (125 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,25 manat
“Renkinq”
Müştərilərin xəbərləri

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Ağdam da 5-ci yaşayış massivində yeni binaları tikəcək şirkətlər seçilir
-
1 saat əvvəl
"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa şirkətləri iqtisadi yavaşlamaya cavab olaraq iş yerlərini azaldırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Oktyabrın 1-də gözlənilən hava şəraiti

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
