Hesab.az-ın xeyriyyə təşəbbüsü
(®️) Hesab.az onlayn ödəmə portalı hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıqlandırmağa çalışır. Həm təhsillə bağlı, həm də ictimai mövzulara həssas reaksiya göstərərək istifadəçiləri də bu mövzularda biganə olmamağı, dəstək olmağı səsləmişdir. Bununla da Hesab.az istifadəçiləri ilə birlikdə onlayn ödəmə şirkətləri arasında lider olduğunu bir daha sübut etmiş olur.
Pandemiya dövründə insanların evdən çıxa bilməməsi insanlara maddi çətinlik yaratmışdır. Bu səbəbdən Hesab.az da buna yaxından iştirak edib, istifadəçilərin köməkliyi ilə xoş təşəbbüs göstərərək ehtiyacı olan ailələrin sevincinə səbəb olmuşdur. Belə ki, Ramazan ayında bir çox ailəyə yardım üçün Hesab.az “İNAYƏ” xeyriyyə ictimai birliyinə kommunikasiya dəstəyi olaraq, istifadəçilər onlayn olaraq istənilən məbləğdə yardım etdilər. Yığılan məbləğlərlə ehtiyacı olan ailələrə “İNAYƏ” xeyriyyə ictimai birliyi tərəfindən Ramazan sovqatı olaraq, qida paketi çatdırıldı.
Bundan əlavə qeyd etmək istərdik ki, “Leykemiya ilə Mübarizə" İctimai Birliyində leykemiya ilə mübarizə aparan uşaqları və ailələri tək qoymayaraq, onları bu xəstəlikdən daha güclü olduqlarına inandırmaq və onlara sağlam gələcək bəxş etmək məqsədilə istifadəçiləri donor olmağa və yaxud maddi dəstək olmağa səslədi. Hesab.az istifadəçiləri “Ümid Yeri“ sığınacağında valideyn qayğısından məhrum olan uşaqların ümidi olaraq, sığınacağa maddi dəstək edib, uşaqların sevincinə səbəb oldular.
Hesab.az komandası xeyirxah istifadəçilərin bu təşəbbüsünə qürur duyur və xeyirxah əməldə dəstək olduqlarına görə təşəkkür edir!
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)





