Bakıda aviabilet almaq üçün izdiham
Sabah Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkəti Bakıdan İstanbula çarter reysi təşkil edəcək.
Bu reysə bilet satışı paytaxtın Xətai rayonunda, Xocalı prospekti, 37 ünvanında izdihama səbəb olub.
THY-nin ofisi bu ünvanda yerləşir və bu gün səhər saatlarından bilet almaq üçün ofisin qarşısına onlarla insan yığışıb.
Vətəndaşların sözlərinə görə, səhər saat 09:00-dan bilet almaq üçün bura gəlsələr də, satış sistemində problem yarandığı üçün gözləməyə məcbur olublar: "Ofisdən bizə gözləməyi deyiblər".
Bir qədər sonra bilet satışına başlanılsa da, məlum olub ki, çarter reysləri ilə yalnız Türkiyə vətəndaşları gedə biləcək, çünki məqsəd onların təxliyə edilməsidir. Bu isə bilet almaq istəyən Azərbaycan vətəndaşlarının narazılığına səbəb olub.
THY-dən bildirilib ki, çarter reyslərinə bilet satılarkən, ilk növbədə, Türkiyə vətəndaşlarına üstünlük verilir. Əgər təyyarələrdə yer qalarsa, Türkiyədə yaşamaq icazəsi olan Azərbaycan vətəndaşlarına bilet satıla bilər. Amma bu zaman da üstünlük əsasən ailəli şəxslərə, Türkiyəyə müalicə üçün getmək istəyənlərə verilir.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)







