Texnomart-dan Tibb işçilərinə özəl “TƏŞƏKKÜR” kampaniyası
“Əziz ağ xalatlı QƏHRƏMANlarımız, ÜRƏYİMİZ sayənizdə DÖYÜNÜR!” Texnomart Mağazalar Şəbəkəsi öz sosial platformalarında bu şüarla bütün tibb işçilərinin peşə bayramını təbrik edir.(®️) Bu gün-17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilir.
Texnomart rəhbərliyi və kollektivi xalqımıza fədakarlıqla xidmət göstərən SƏHİYYƏ işçilərinə TƏŞƏKKÜRünü 3 günlük kampaniya ilə bildirir. Belə ki, ağ xalatlı QƏHRƏMANLARımıza İyun ayının 17-dən 19-unadək Texnomart Mağazalar Şəbəkəsindən “Arçelik”, “Arnica” və “Supra” markalı istənilən MƏİŞƏT avadanlığı, kondisionerləri nağd 25% endirimlə və ya ilkin ödənişsiz, faizsiz, komissiyasız 24 aya, TELEFON və NOUTBUKlar isə ilkin ödənişsiz, faizsiz və komissiyasız 12 aya bölünmə şərtləri ilə təklif edilir.
“ÜRƏYİMİZ sayənizdə DÖYÜNÜR” şüarı ilə tibb işçilərinə minnətdarlığını bildirən və Bakı, Gəncə, Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Tovuz, Qazax, Lənkəran, Şirvan, Mingəçevir, Bərdə, Masallı, Zaqatala, Ismayıllı, Ağdaş, Ucar, Göyçay, Şəki, Şamaxı, Ağcəbədi, İmişli, Şəmkir və Sabirabad şəhərlərində fəaliyyət göstərən Texnomart Mağazalar Şəbəkəsinin bu kampaniyası təqdirə layiqdir.
Bütün dünyada, həmçinin ölkəmizdə Koronavirus (#COVID19) pandemiyası ilə mübarizədə əsas yük tibb işçilərinə düşür. “Görünməz qəhrəmanlar” adı verdiyimiz həkimlərimiz və tibb işçilərimiz göstərdikləri fədakarlıqla nəinki özlərinin, həm də doğma ailə üzvlərinin həyatını riskə ataraq insanlara yardım etməkdədirlər. Mübarizə hələ də davam edir!
Son 3 ayda tibb işçilərinin göstərdiyi şücaət, rəğbət və peşəkarlıq, minlərlə virusa yoluxmuş xəstənin sağalaraq sevdiklərinə qovuşmasına səbəb olub. İnanırıq ki, fədakar həkimlərimizin səyi, xalqımızın dözüm və iradəsi sayəsində biz birlikdə bu pandemiyaya qalib gələcəyik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
42 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)



.jpg)






