“Gök-NUR Bakı”dan 21,6 milyon dollarlıq ixrac!
“İxracat ən prioritet məqsədlərimizdən biri olduğuna görə bizim bu sahədə nailiyyətimiz məhsulumuzun Özbəkistan, Əfqanıstan, Gürcüstan, Türkmənistan və Qazaxıstan respublikalarına ixrac edilməsidir. Şirkətimizin son illər ərzində ixrac etdiyi məhsulun dəyəri 21 milyon 639 min ABŞ doları miqdarında ölçülür ki, hədəfimiz bu rəqəmi növbəti illərdə daha da artırmaqdır”.
“Marja” xəbər verir ki, bunu aprelin 17-də Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində “Gök-NUR Bakı” MMC-nin müdiri Fərid Fərhadzadə bildirib.
O deyib:
-Ölkəmizdə yeni texnika və mütərəqqi texnologiya əsasında modernləşdirilmiş və beynəlxalq standartlara uyğun yüksək rəqabətqabiliyyətli məhsul istehsal etmək potensialı olan müəssisənin yaradılması bizim əsas hədəfimiz idi. Bu məqsədlə Xəzər rayonunun Zirə qəsəbəsində 2003-cü ildə “Gök-NUR Bakı” kabel şirkətini təsis etdik. Bu gün müəssisəmiz uğurla fəaliyyət göstərir. Biz enerji, təsisat, alçaq və orta gərginlik kabelləri, alova dözümlü yanmaz kabellər, hava elektrik verilişi xətləri üçün naqillər, neft və qaz sənayesinə istiqamətli kabellər və sair məhsullar istehsal edirik. Müəssisəmizin yaradılmasında dövlətin güzəştli kredit vəsaitlərindən də istifadə olunub və illik istehsal gücü 6 min ton alüminium və 18 min ton mis kabellərdir. Müasir avadanlıqlarla təsis edilmiş istehsal sahəmiz 20 min kvadratmetri əhatə edir. Hazırda müəssisəmizdə 350 nəfər çalışır.
Bütün mәhsullarımız dünya standartlarına uyğun istehsal olunur. Belə ki, “Gök-NUR Bakı” şirkəti yüksək keyfiyyət səviyyəsinə və təhlükəsizlik göstəricilərinə görə “İSO 9001-2008” və “OHSAS 18001-2007” sertifikatlarını əldə edib. İxracat ən prioritet məqsədlərimizdən biri olduğuna görə bizim bu sahədə nailiyyətimiz məhsulumuzun Özbəkistan, Əfqanıstan, Gürcüstan, Türkmənistan və Qazaxıstan respublikalarına ixrac edilməsidir. Şirkətimizin son illər ərzində ixrac etdiyi məhsulun dəyəri 21 milyon 639 min ABŞ doları miqdarında ölçülür ki, hədəfimiz bu rəqəmi növbəti illərdə daha da artırmaqdır.
2016-cı ildən etibarən şirkətimiz xaricdə keçirilən bütün energetika və inşaat sərgilərində aktıv iştirak edir, məhsullarımızı “Made in Azerbaijan” brendi altında tanıdırıq. Qazaxıstanın Almatı, Gürcüstanın Tbilisi, Albaniyanın Terana şəhərində şirkətimizin rəsmi nümayəndəlikləri açılıb, məhsullarımız artıq Gürcüstan və Qazaxıstana ixrac olunur. “Gök-NUR Bakı” Azərbaycanda ilk şirkətdir ki, məhsulları Kema və “VDE” Beynəlxalq standart sertifikatlarına layiq görülüb. Məhz bu sertifikatlar əsasında məhsullarımızı nəinki MDB və yaxın Şərq ölkələrinə, hətta Avropa ölkələrinə ixrac etmək imkanı yaranıb. Bu məqsədlə şirkətimiz 2017-ci ilin fevralında Orta Şərq Enerji sərgisində iştirak edib. Həmin sərgidə Birləşmiş Ərəb Əmirlikləri, Orta Şərq və bir çox Afrika şirkətləri məhsullarımıza yaxından maraq göstərib. Nəticə etibarilə artıq Küveyt şirkətlərindən biri ilə memorandum imzalanıb və hazırda digər şirkətlərlə danışıqlar aparılır.
Sizin rəhbərliyinizlə ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, biz də digər sahibkarlar kimi yaradılmış əlverişli şəraitdən maksimum yararlanmağa çalışırıq. Bu uğurlu sənaye siyasəti Sizin tərəfinizdən təsdiqlənmiş Dövlət proqramlarında prioritet sahələrdən biri olaraq müəyyən edilib və həmin proqramlarda sənayenin inkişafını təmin edən bir sıra dövlət dəstəyi mexanizmləri nəzərdə tutulub. Buna misal olaraq, bu ilin fevralından sənaye üsulu ilə saflaşdırılmayan mis məmulatlarının ölkədən ixracına yeni rüsumların tətbiqi xammal bazasının genişlənməsinə şərait yaradıb. Bununla yanaşı, ixracın dəstəklənməsi mexanizmlərinin, o cümlədən geriödəmə mexanizminin uğurla tətbiqi sahibkarlar tərəfindən olduqca yüksək qiymətləndirilir.
Əminliklə deyə bilərik ki, həyata keçirdiyiniz uğurlu iqtisadi islahatlar nəticəsində müəssisəmiz daha da inkişaf edir və günbəgün ixracatını artırır.
Möhtərəm cənab Prezident, biz sahibkarlara göstərdiyiniz böyük diqqətə və qayğıya görə müəssisəmizin kollektivi adından Sizə bir daha minnətdarlığımızı çatdırırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
22 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
23 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
23 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi











.jpg)






.jpg)

