"Fermerlər öz məhsullarını yük maşınları ilə Bakıya çatdıra bilərlər"
Minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarını daşınmasına icazə verilmirSərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinə və Abşeron rayonuna kənd təsərrüfatı yüklərinin daşınması qaydasına aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il 208 saylı qərarına əsasən, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sərbəstdir.
K. Əliyev qeyd edib ki, bu, kənd təsərrüfatı məhsullarının daşınmasına da şamil edilir: “Yalnız minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarının daşınmasına icazə verilmir. Fermerlər öz məhsullarını yük maşınları ilə Bakı və sərt karantin rejiminin tətbiq olunduğu digər şəhərlərə, Abşeron rayonuna çatdıra bilərlər”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 19 d. əvvəl
-
28 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
32 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
50 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)







.jpg)





